Fuad Rəhimov
Fuad Rəhimov (1926–1996) — neftayırma sənayesi üzrə tanınmış mütəxəssis. Bakıdakı neftayırma zavodlarında baş mühəndis, direktor və s. vəzifələrdə çalışmışdır.
| Fuad Rəhimov | |
|---|---|
| Rəhimov Fuad Məmməd oğlu | |
| Anadan olub | 1 sentyabr 1926 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 1996 |
| Həyat yoldaşı | Məmmədli Adilə Zal qızı |
| Övladı | Nailə |
| Atası | Rəhimov Məmməd |
| Anası | Ağayeva Tamara |
| Təhsili |
• Bakı Hərbi Dənizçilik Məktəbi (1941–) • Meşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, mühəndis-texnoloq ixtisası (1950–1955) |
| Mükafatları |
|
Haqqında məlumatlar
1 sentyabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1930-cu ildə ailəvi Bakıya köçüblər.
Təhsili
1934 – 1941-ci illərdə Bakı şəhər 132 nömrəli orta məktəbində yeddiillik təhsil alıb.
1941-ci ildə Bakı Hərbi Dənizçilik Məktəbinə daxil olub.
1950 – 1955-ci illərdə Meşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.
Hərbçi fəaliyyəti
Bakı Hərbi Dənizçilik Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilib. Müharibə bitdikdən sonra 5 il hərbi donanmada xidmət edib.
1950-ci ildə ordudan tərxis olunub.
Əmək fəaliyyəti
1955 – 1971-ci illərdə Əliheydər Qarayev adına Bakı Neftayırma zavodunda müxtəlif nəsul vəzifələrdə çalışıb; o cümlədən,
1956 – 1955-ci illərdə quraşdırma rəisi,
1957 – 1958-ci illərdə böyük mühəndis, sex rəisinin müavini,
1958 – 1971-ci illərdə baş mühəndis olub.
1971 – 1972-ci illərdə Bakı Sov.İKP-nin XXII qurultayı adına zavodun (Azərneftyağ) baş mühəndisi,
1972-ci ilin avqustundan – 1982-ci ilin noyabr ayınadək isə direktoru olub.
1982-ci ildən isə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunda çalışıb.
Təltif və mükafatları
Vəfatı
1996-cı ildə – 70 yaşında, vəfat edib.
Ədəbiyyat
Рагимов Фуад Мамедович : [arx. 20.01.2026] : [rus.] // Память народа. — Müraciət tarixi: 20.01.2026.
- Фараджова В. «После того, как Гейдар Алиев уехал в Москву, отца вынудили уйти с работы»-ФОТО : [arx. 20.01.2026] : [rus.] // vesti.az. — . — Müraciət tarixi: 20.01.2026.