Arif Azəri
Arif Azəri — peşəkar jurnalist, “Müasir təhsil” qəzetinin təsisçi və baş redaktoru. Keçmiş radio-televiziya işçisi və musiqiçidir.
| Arif Azəri | |
|---|---|
| Arif Əsabəli oğlu Həşimov | |
| Arif Azəri. | |
| Anadan olub | 25 avqust 1965 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki) |
| Həyat yoldaşı | Həşimova Könül Elman qızı |
| Övladları | Anar və Fərid |
| Atası | Həşimov Əsabəli İsrafil oğlu |
| Anası | Həşimova Ulduz Cabbar qızı |
| Vətəndaşlıq |
|
| Təhsili |
• (1980–1984)-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində, • Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, tar ixtisası (1984, 1986–1991) • (1991–1994) Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi (1991–1994) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
25 avqust 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1982-ci ildə M.Qorki adına Şəki şəhər 10 nömrəli orta məktəbinin 8-ci sinfini bitirib.
1980 – 1984-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində,
1984, 1986 – 1991-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində tar ixtisası üzrə təhsil alıb.
1991 – 1994-cı illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Hərbi xidmət Vizual/Mobil redaktə
1984 – 1986-cı illərdə həqiqi hərbi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1991-ci ildən Az.Tv-nin xüsusi müxbiri olub. Daha sonra radionun musiqi verilişləri redaksiyasında redaktor, xəbərlər departamentində aparıcı redaktor, ədəbi-dram redaksiyasında redaktor vəzifələrində çalışıb.
2012-ci ildən “Müasir təhsil” qəzetinin təsisçi və baş redaktorudur.
Musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə
Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasında təhsil aldığı illərdə Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının solisti olub.
Digər Vizual/Mobil redaktə
12 kitabın, 3 elmi məqalənin müəllifidir. Respublika radiosunun qızıl fondunda 36 radio oçerki saxlanılmaqdadır.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Azərbaycan SSR Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı (1988).
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |