Nazim Hüseynli
Nazim Hüseynli (Hüseynov) — tanınmış jurnalist, şair, yazıçı və publisist, “Oğuz xəbərləri” qəzetinin redaktoru (məsul redaktor).
| Nazim Hüseynli | |
|---|---|
| Hüseynov Nazim İsa oğlu | |
| Nazim Hüseynli. | |
| Anadan olub | 7 mart 1953 |
| Anadan olduğu yer |
Xaçmaz, Vartaşen (indiki Oğuz) rayonu, |
| Vətəndaşlıq |
|
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası bölməsi (1970–1975) |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar
7 mart 1953-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub.
Təhsili
1970-ci ildə Xaçmaz kənd orta məktəbini,
1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsini bitirib.
Əmək fəaliyyəti
1975-ci ildən, əvvəl Oğuz rayonunda çıxan “Oğuz yurdu” (“Lenin bayrağı”) qəzetinin redaksiyasında müxbir, sonra şöbə müdiri,
1990 – 1994 və 2000 – 2005-ci illərdə redaktor müavini,
1994 – 2000 və 2005 – 2024-cü illərdə isə redaktor vəzifəsində çalışıb.
2025-ci ildən “Oğuz yurdu” qəzetinin bazasında yeni yaradılmış “Oğuz xəbərləri” qəzetinin redaktorudur (məsul redaktor).
Ədəbi yaradıcılığı
Yaradıcılığa orta məktəbin yuxarı siniflərində oxuyarkən başlayıb. Bədii yazıları respublikanın qəzet və jurnallarında, Yazıçılar Birliyinin ədəbi orqanlarında – “Ədəbiyyat” qəzetində, “Ulduz” və “ Azərbaycan” jurnallarında, “Bahar çiçəkləri”, “Yaşıl budaqlar” və “Yeni səslər” almanaxlarında, Azərbaycanda və Türkiyədə nəşr olunan bir sıra antologiyalarda dərc edilib.
1991-ci ildə “Yazıçı” nəşriyyatında hekayələrdən ibarət “Şabalıdlı dərə” adlı ilk kitabı çap olunub.
Təltif və mükafatları
- Prezident təqaüdü (2022);
- Atatürk medalı – “Türkiyənin Adana şəhərində Çukurova Ədəbiyyatçılar Dərnəyinin düzənlədiyi VII Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı adına təsis edilmiş mükafat (2022);
- “Tərəqqi” medalı (2025);
- “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı (2025).
Digər
1999-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Adanada (Türkiyə) keçirilən VII, IX, və X Türk dünyası Şeir və Musiqi festivalının iştirakçısı olub.
Azərbaycan yazıçılarının XI qurultayının nümayəndəsi, son iki qurultayının iştirakçısı olub.
2026-cı ildən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Reyestrindən qeydiyyatda olan jurnalistdir.
Ailəsi
Ailəlidir. 3 övladı var.
Kitabları
- “Şabalıdlı dərə”, hekayələr, Bakı, “Yazıçı”, 1991, 160 səh., tirajı 4.000.
- “Oğuz lətifələri”, lətifələr, Bakı, “Nasir”, 2000, 50 səh., tirajı 500.
- “Uzun hörüklü qız”, hekayələr, Bakı, “Nasir”, 2001, 96 səh., tirajı 250.
- “Oğuzdur elim mənim”, oçerk, məqalə və müsahibələr, Bakı, “Nasir” 2008, 368 səh., tirajı 350.
- “Yurdum, torpağım, əzəl ünvanım Oğuz”, oçerk, məqalə və müsahibələr, Bakı, “Nasir”, 2012, 376 səh., tirajı 350.
- “Qədim Oğuz yurdu Xaçmaz kəndi”, tədqiqat, araşdırma, Bakı, ”Nasir”, 2015, 294 səh., tirajı 300.
- “Bütovlük həsrəti”, şeirlər və poemalar, Bakı, “Vətən”, 2018, 146 səh., tirajı 500.
- “Vətən mənə oğul desə...”, oçerk və məqalələr, Bakı, “Vətən”, 2018, 300 səh., tirajı 100.
- “Oğuz adı ürəyimdə”, oçerk və məqalələr, Bakı, “MM-S”, 2018, 176 səh., tirajı 200.
- “Ver, verim”, satirik şeirlər, Bakı, “Bakı mətbəəsi”, 2022, 46 səh., tirajı 200.
- “Torpaq uğrunda şəhid varsa Vətəndir”, şəhidlər haqqında yazılar, Bakı, “MM-S”, 2024, 208 səh., tirajı 200.
- “Oğuzlu həkimlər-sağlamlığın sayıq keşikçiləri”, oçerk və məqalələr , Bakı, “MM-S”, 2024, 168 səh., tirajı 150.
- “Hamıdan da Vətən üstün”, şeirlər, Bakı, “Elm və təhsil”, 2025, 106 səh., tirajı 200.
- “Oğuz soraqlı, Vətən sevdalı insanlar”, oçerk və məqalələr , Bakı, “Elm və təhsil”, 2025, 334 səh., tirajı 100.
- Oğuz rayonu və tanınmış insanları, Bakı, “Elm və təhsil”, 2026, 444 səh.
Tərtib etdiyi kitablar
- “Kövrək addımlar”, şeir və hekayələrdən ibarət almanax, Bakı, “Nasir”, 2002, 94 səh., tirajı 200.
- “Oğuzun sözü”, şeir və hekayələrdən ibarət almanax, Bakı, “Nasir”, 2006, 122 səh., tirajı 200.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |