Mahir Qarayev — Şin kənd tam orta ümumtəhsil məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini. İki dəfə Şin bələdiyyəsinin üzvü seçilmişdir.

Mahir Qarayev
Qarayev Mahir Vəli oğlu
Mahir Qarayev.
Anadan olub 15 noyabr 1962 (1962-11-15) (64 yaş)
Anadan olduğu yer Şin, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Övladı Elvin Qarayev
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu, neft və kimya proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisası

Haqqında məlumatlar

15 noyabr 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Şin kəndində anadan olub.

Təhsili

1983 – 1989-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda neft və kimya proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1981 – 1989-cu illərdə Bakı Şin zavodunda müxtəlif vəzifələrdə,

1989 – 1990-cı illərdə 43 nömrəli peşə məktəbində (Şəki) qrup rəhbəri vəzifəsində çalışıb.

1990-ci ildən Şin kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, daha sonra isə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavinidir.

İctimai-siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2015 və 2019-cu illərdə bələdiyyələrə seçkilərdə Şin bələdiyyəsinin üzvü seçilib.

Ailəsi

Ailəlidir, iki övladı var.

Bildiriş