Amil Salamov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 22:56, 3 iyul 2020 tarixli redaktə

Amil Salamov (Salamov Amil Hüseyn oğlu; d. 1 mart 1930-cu ildə, Nuxa, Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 7 iyul 1999-cu il, Şəki, Azərbaycan Respublikası) – peşəkar rəssam, 1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının, 1977-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Amil Salamov
Amil Salamov
'Salamov Amil Hüseyn oğlu'
Doğum tarixi 1 mart 1930(1930-03-01)
Vəfat tarixi 7 iyul 1999 (69 yaşında)
Vəfat yeri Nuxa, Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1945 – 1950)
Janrı qrafika və rəngkarlıq

Haqqında məlumatlar

1 mart 1930-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1945 − 1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Hərbi xidmət

1950 – 1954-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib.

İş yerləri

1954 – 1999-cu illərdə Nuxadakı/Şəkidəki pionerlər evində, pedaqoji texnikumunda, 10 №-li orta məktəbdə rəsm müəllimi, ipəkçilik texnikumunda, M.Füzuli adına mədəniyyət və istirahət parkında rəssam kimi fəaliyyət göstərib.

Yaradıcılığı

Yaradıcılığının əsas istiqaməti qrafika və rəngkarlıq olub.

Rəssamlar İttifaqında

1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının üzvü və İttifaqın Şəki şöbəsinin rəhbəri,

1977-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Vəfatı

7 iyun 1999-cu il tarixdə vəfat edib.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə