Vaqif Mustafayev (1952–2025) — tanınmış musiqiçi-pedaqoq. 10 ildən çox müddət ərzində Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləmişdir.

Vaqif Mustafayev
Mustafayev Vaqif
Vaqif Mustafayev
Vaqif Mustafayev.
Şəxsi məlumatlar
Təvəllüdü 8 yanvar 1952(1952-01-08)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfatı 31 yanvar 2025 (73 yaşında)

Musiqi alətləri tar, saz və gitara
Təhsili Şəki Musiqi Texnikumu (1971; 1974–1977)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

8 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Hərbi xidmət Vizual/Mobil redaktə

1971 – 1973-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Təhsili Vizual/Mobil redaktə

 
Vaqif Mustafayev “İpəkçi” ansamblında gitara çalarkən, 1976-cı il.

1977-ci ildə Şəki Musiqi Texnikumunu bitirib.

Əmək və musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə

 
Vaqif Mustafayev Ə.Bakıxanov adına Xalq çalğı ansamblında ud çalarkən.

1974 – 1976-cı illərdə Şəkidə fəaliyyət göstərmiş “İpəkçi” ansamblının (Şəki ipək kombinatı) yaradılmasında yaxından iştirak edib və onun tərkibində müxtəlif yerlərdə (ipək kombinatı, Marxal, “Səadət” pioner düşərgəsi və s.) təşkil olunmuş bayram şənliklərində, konsertlərdə gitara çalıb.

1996 – 2000-ci illərdə ud ifaçısı kimi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərib.

2001 – 2004-cü illərdə Rusiya Federasiyasının Tümen vilayətində “Şahdağ” ansamblında həm tar, həm saz və həm də gitara çalıb.

2004 – 2017-ci illərdə Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləyib.

2017-ci ildən əmək təqaüdündə idi. Bununla yanaşı, uşaqlara tar, saz və gitarada özəl dərslər keçirdi.

Vəfatı Vizual/Mobil redaktə

31 yanvar 2025-ci il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib.

Həmçinin, bax: Vizual/Mobil redaktə

Elman Mustafayev

Bildiriş Vizual/Mobil redaktə