Abdulla Yusifov — baş ədliyyə müşaviri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sabiq rəis müavini.

Abdulla Yusifov
Yusifov Abdulla Əhməd oğlu
Abdulla Yusifov
Abdulla Yusifov.
Anadan olub 9 aprel 1962 (1962-04-09) (64 yaş)
Anadan olduğu yer Baş Layısqı, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1983–1988)
Fəaliyyət illəri 1988-ci ildən
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008

Haqqında məlumatlar Vizual/Mobil redaktə

9 aprel 1962-ci il tarixdə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1979-cu ildə Baş Layısqı kənd orta məktəbini bitirib.

1983 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

1980 – 1982-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1988-ci ilin avqust ayından prokurorluq orqanlarında işləyib; o cümlədən,

1988 – 1989-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunda stajyor,

1989 – 1993-cü illərdə Gəncə Nəqliyyat prokurorunun köməkçisi,

1993 – 1994-cü illərdə Gəncə Nəqliyyat prokurorunun müavini,

1994 – 2000-ci illərdə Zaqatala rayon prokurorunun köməkçisi,

2000-ci ildə Zaqatala rayon prokurorunun müavini,

2000 – 2004-ci illərdə Zaqatala rayon prokuroru,

2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğu təşkilat-analitik idarəsinin prokuroru,

2004 – 2005-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu daxili işlər orqanlarının istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini,

2005 – 2012-cu illərdə əvvəl Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, sonra birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğu daxili işlər orqanlarının istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi,

2012 – 2019-cu illərdə əvvəl İmişli rayon prokuroru, sonra Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi,

2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru,

2020-ci il mart ayından 2023-cü ilin oktyabr ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü ilin noyabr ayından 14 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, 4 övladı var.

Bildiriş Vizual/Mobil redaktə