Bilal Yusifov
Bilal Yusifov (1929–2014) — fəlsəfə elmləri namizədi, dialektik materializm kafedrası üzrə dosent.
| Bilal Yusifov | |
|---|---|
| Yusifov Bilal Əhməd oğlu | |
| Bilal Yusifov. | |
| Təvəllüdü | 16 noyabr 1929 |
| Anadan olduğu yer |
Nuxa, Zaqatala-Şəki mahalı, |
| Vəfat tarixi | 18 mart 2014 (84 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Şəki, |
| Vətəndaşlığı |
|
| Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, fəlsəfə fakültəsi, fəlsəfə ixtisası (1949–1954) |
| Atası | Əhməd |
| Anası | Mülayim |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
16 noyabr 1929-cu il tarixdə Nuxada anadan olub.
Təhsili Vizual/Mobil redaktə
M.Qorki adına Nuxa şəhər 10 №-li məktəbini qızıl medalla bitirib.
1949 – 1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1963-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.
1981-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali attestasiya komissiyası ona dialektik materializm kafedrası üzrə dosent elmi adını verib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Uzun müddət Azərbaycanın ali təhsil müəssisələrində çalışıb; o cümlədən,
1954 – 1981-ci illərdə, əvvəl müəllim, sonra baş müəllim,
1981-ci ildən sonra isə dosent olub.
Vəfatı Vizual/Mobil redaktə
18 mart 2014-cü il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |