Rauf Qədimov
Rauf Qədimov — texnika elmləri namizədi, dosent, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun keçmiş aparıcı elmi işçisi. Uzun müddət AMEA Kibernetika İnstitutunda/AMEA İdarəetmə Sistemləri İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
| Rauf Qədimov | |
|---|---|
| Qədimov Rauf Mustafa oğlu | |
| Rauf Qədimov. | |
| Təvəllüdü | 17 oktyabr 1942 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | texnika |
| Elmi dərəcəsi | texnika elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi, avtomatika və telemexanika ixtisası (1959–1964) |
| Atası | Mustafa Qədimov |
| Anası | Nazan Əliabbas qızı |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 oktyabr 1942-ci il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1959-cu ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbini qızıl medalla,
1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (avtomatika və telemexanika ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1964-cü ildən Azərbaycan SSR EA Hesablama Mərkəzində (sonrakı adları: AMEA Kibernetika İnstitutu; AMEA İdarəetmə Sistemləri İnstitutu (2014); Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu (2026)) çalışıb; o cümlədən, əvvəl laborant, sonra baş laborant, daha sonra mühəndis, böyük mühəndis, elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri,
2002 – 2019-ci illərdə ümumi işlər üzrə institutun direktor müavini,
2021-ci ildən isə aparıcı elmi işçi vəzifəsini tutub.
2026-cı ilin aprel ayında təqaüdə çıxıb.
İkinci iş yerləri Vizual/Mobil redaktə
2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında,
2013 – 2019-cu illərdə Azərbaycan Texniki Universitetinin kompüter sistemləri və şəbəkələri kafedrasında dosent vəzifəsində (0,5 ştat) çalışıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1989-cu ildə “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və ötürən çoxkanallı ölçmə sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 46, xaricdə çıxmış elmi əsərlərinin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 46-dır.
Ailəsi Vizual/Mobil redaktə
Bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş tanınmış energetik-mühəndis və rəhbər kadr Mustafa Qədimovun ortancıl oğlu, 1937-ci il repressiyası qurbanı olmuş həkim və siyasi fəal Əliabbas Qədimovun qız nəvəsidir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Qədimov Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 329-330. — 1.000 nüsx.
- "İdarəetmə Sistemləri İnstitutu fəlsəfə doktorları/Qədimov Rauf Mustafa oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 24 Jun 2017 – 16 Feb 2020 tarixində arxivləşdirilib.
- Göyçəli M. Mustafa Qədimov / Nəsillərə nümunə şərəfli ömür yolu // XX-XXI əsrin yaradıcı və ziyalı insanları. — Bakı, 2014. — X hissə cild. — Səh.: 200.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |