Sevil İbrahimova — tanınmış pedaqoq, əmək-rəsmxət, texniki fənlər üzrə müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Sevil İbrahimova
İbrahimova Sevil Fərrux qızı
Sevil İbrahimova
Sevil İbrahimova.
Anadan olub 18 fevral 1957 (1957-02-18) (69 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Oqtay Əliyev
Övladı Günel Əliyeva
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu, əmək və rəsmxət ixtisası (1972–1976)

 • H.Zərdabi adına Gəncə/Kirovabad Dövlət Pedaqoji İnstitutu, ümumi texniki fənlər və əmək ixtisası (1987–1991)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2018
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — 2017

Haqqında məlumatlar Vizual/Mobil redaktə

18 fevral 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1972-ci ildə Şəki şəhər 2 №-li orta məktəbinin 8-ci sinfini bitirib.

1972 – 1976-ci illərdə Şəki Pedaqoji Texnikumunda əmək və rəsmxət ixtisası üzrə,

1987 – 1991-ci illərdə H.Zərdabi adına Gəncə/Kirovabad Dövlət Pedaqoji İnstitutunda ümumi texniki fənlər və əmək ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1977-ci ildə Şəki şəhər M.Qorki adına adına 10 №-li orta məktəbində,

2000 – 2020-ci illərdə həm də Şəki Dövlət Texniki Kollecində rəsmxət müəllimi işləyib.

2007 – 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında mühazirə və seminar dərsləri aparıb.

2020-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

2018-ci ildə Azərbaycan Müəllimlərinin XV qurultayında iştirak edib.

Beynəlxalq indeksli xarici və respublikanın tanınmış elmi-jurnallarında 30-dək məqaləsi çap olunub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Sevil İbrahimova : [arx. 24.02.2025] // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı. — 2021. — 19 iyul. — Müraciət tarixi: 24.02.2025.