Çingiz Axundov
Çingiz Axundov (1931–2024) — həndbol üzrə ilk azərbaycanlı beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi və dosent.
| Çingiz Axundov | |
|---|---|
| Axundov Çingiz Məmməd oğlu | |
| Çingiz Axundov. | |
| Təvəllüdü | 17 dekabr 1931 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 30 yanvar 2024 (92 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Uşaqları | Azər və Nigar |
| Vətəndaşlığı |
|
| İdman növü | həndbol |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1955-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1968-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1970 – 2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışıb.
2011-ci ildən əmək təqaüdündədir.
İdman fəaliyyəti Vizual/Mobil redaktə
1967-ci ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmişdir.
Vəfatı Vizual/Mobil redaktə
30 yanvar 2024-cü il tarixdə – 92 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Axundov Çingiz Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 217. — ISBN 978-9952-441-02-4.
- Azərbaycanın ilk beynəlxalq dərəcəli həndbol hakimi vəfat edib : [arx. 31.01.2024] // Report. — 2024. — 30 yanvar. — Müraciət tarixi: 17.12.2024.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |