Abbas Əmbala (1950–2014) — şair və folklorşünas, AMEA Folklor İnstitutunun Şəki filialının əməkdaşı.

Abbas Əmbala
Bəxtiyarov Abbas Şəhriyar oğlu
Abbas Əmbala
Abbas Əmbala.
Təxəllüsü Əmbala
Anadan olub 17 avqust 1950(1950-08-17)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat edib 25 iyul 2014 (63 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu, energetika fakültəsi (–1976)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

17 avqust 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1967-ci ildə Nuxa şəhər 7 saylı orta məktəbini,

1976-cı ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakültəsini bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

Əmək fəaliyyətinə V.İ.Lenin adına Nuxa İpək kombinatında fəhlə kimi başlayıb.

2000-ci ildən AMEA Folklor İnstitutunun Şəki filialının əməkdaşı olub.

Ədəbi yaradıcılığı Vizual/Mobil redaktə

Gənc yaşlarında dövrü-mətbuatda şeirləri çap olunub.

Kitabları Vizual/Mobil redaktə

  1. Həsrətim (2000);
  2. Üzünü sıxma köksümə (2005);
  3. Azərbaycan milli mətbəxi bayatılarda (2014).

Vəfatı Vizual/Mobil redaktə

25 iyul 2014-cü il tarixdə – 63 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi Vizual/Mobil redaktə

28 iyul 2017-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şəki Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İ.S.Nakam adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Abbas Əmbalaya həsr olunmuş “Yapışmışdım bu dünyadan, etibarın bilə-bilə” adlı xatirə gecəsi keçirilib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Orsər R. Abbas Əmbala // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 535-537. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. "Şəki M.F.Axundov adına şəhər Mədəniyyət Mərkəzində şair Abbas (Əmbala) Bəxtiyarova həsr olunmuş xatirə gecəsi keçirilib". http://www.culture.gov.az/ (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 28.07.2017. 10 Jan 2021 tarixində arxivləşdirilib.

Bildiriş Vizual/Mobil redaktə