Barat Osmanova
Barat Osmanova (1940–2026) — filologiya elmləri namizədi, dosent, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin aparıcı elmi işçisi.
| Barat Osmanova | |
|---|---|
| Osmanova Barat Rəhim qızı | |
| Barat Osmanova. | |
| Təvəllüdü | 8 mart 1940 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 30 may 2026 (86 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Dağ dibi qəbiristanlığı, Şəki, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | filologiya |
| İş yeri | AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, filologiya şöbəsi (aparıcı elmi işçi) |
| Elmi dərəcəsi | filologiya elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası şöbəsi (1957–1962) |
| Övladları | Jalə və Samir |
| Atası | Rəhim Əyyub oğlu Osmanov |
| Anası | Firat Babayeva |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
8 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1979-cu ildə filologiya elmləri doktoru Y.Şirvanın rəhbərliyi altında “Məlih Cevdət Andayın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2018-ci ildə dosent elmi adını alıb.
5-i xaricdə olmaqla çapdan çıxmış 69 məqalənin və 6 kitabın müəllifidir. 1 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1962-ci ildən Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda/AMEA Şərqşünaslıq İnstitutunda işləyib.
1 il pedaqoji stajı var (Bakı Dövlət Universitetində saathesabı dərs deyib).
Vəfatı Vizual/Mobil redaktə
30 may 2026-cı il tarixdə – 86 yaşında, Bakıda vəfat edib. Şəkidə Dağ dibi qəbiristanlığında dəfn olunub.
Ailəsi Vizual/Mobil redaktə
Ailəli idi. İki övladı və dörd nəvəsi var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Osmanova Barat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 455. — 1.000 nüsx.
- Bəşirov R., Hacıyev N. Osmanova Barat Rəhim qızı // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 159-161.
- Osmanova Barat Rəhim qızı // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 226-227. — ISBN 978-9952-8176-4-5.
- 'Şərqşünaslıq İnstitutunun fəlsəfə doktorları : Osmanova Barat Rəhim qızı' : [arx. 21.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 21.11.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |