Murad Abdullayev
Murad Abdullayev — Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artisti.
| Murad Abdullayev | |
|---|---|
| Abdullayev Murad Firidun oğlu rus.: Абдуллаев Мурад Фиридун оглы | |
| Murad Abdullayev. | |
| Anadan olub | 14 oktyabr 1967 |
| Anadan olduğu yer |
Bakı, |
| Həyat yoldaşı | Natalya Bojko |
| Övladları | Valentina və Aydan |
| Atası | Firidun |
| Anası | Valentina |
| Vətəndaşlıq |
|
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisadiyyat, istehsalın təşkili ixtisası (–1990) • Rusiya Teatr Sənəti İnstitutu (Moskva), rejissorluq ixtisası, qiyabi (–2006) |
| Fəaliyyəti | sirkdə heyvan təlimçisi |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
14 oktyabr 1967-ci il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini,
2006-cı ildə Rusiya Teatr Sənəti İnstitutunu (Moskva) bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1985-ci ildən sirkdə işləyir; o cümlədən, əvvəl Soyuzqossirkdə manej inspektoru, sonra isə Böyük Moskva sirkində manej inspektoru olub. Sirkin direktor müavini, qastrol departamentinin rəisi vəzifələrində də çalışıb.
Ailəsi Vizual/Mobil redaktə
Murad Abdullayevin atası Firidun Abdullayev (1931–1987) 1967-ci ildən Bakı Dövlət Sirkinin direktor müavini, 1969-cu ildən ömrünün sonunadək isə direktoru olmuşdu. Firidun Abdullayevin atası Muxtar Abdullayev isə 1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olmuş, lakin 1937-ci il repressiyaları zamanı güllələnmişdir.
Murad Abdullayev iki dəfə ailə qurub. Birinci həyat yoldaşından Valentina, ikinci həyat yoldaşından isə Aydan adlı qızı doğulub. İkinci həyat yoldaşının adı Natalya Bojkodur, o, və qızı Aydan Abdullayeva da sirkdə çalışırlar.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Digər Vizual/Mobil redaktə
1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Qorxma mən səninləyəm” adı iki hissəli macəra, musiqili komediya televiziya filmində rol oynayıb.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Абдулаев М. Ф. : [arx. 25 Oct 2021 - 6 Feb 2023] : [rus.] // Ruscircus.ru. — Müraciət tarixi: 27.06.2024.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |