Rüfət Musayev (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rüfət Musayev
Musayev Rüfət Ülfət oğlu
Rüfət Musayev
Rüfət Musayev.
Təvəllüdü 8 oktyabr 2001(2001-10-08)
Doğulduğu yer Suçma, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 12 oktyabr 2020 (19 yaşında)
Vəfat yeri Suqovuşan, Azərbaycan
Dəfn yeri Suçma kəndinin qəbiristanlığı, Şəki rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olub
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Atası Ülfət Musayev
Anası Fərqanə Musayeva
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2019 – 2020
Rütbə sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Haqqında məlumatlar Vizual/Mobil redaktə

8 oktyabr 2001-ci il tarixdə Şəki rayonunun Suçma kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

2008 – 2011-ci illərdə Sumqayıt şəhər Corat qəsəbə orta məktəbində,

2011 – 2019-cu illərdə isə Şəki rayon Suçma kənd orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra xidmət etdiyi hərbi hissənin tərkibində Tərtərin Tapqaraqoyunlu, Talış kəndlərində döyüşüb,

3 oktyabr 2020-ci il tarixdə Suqovuşanın alınmasında iştirak edib.

Şəhid olması Vizual/Mobil redaktə

12 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Suqovuşanda qəhrəmancasına həlak olub.

18 oktyabr 2020-ci il tarixdə Suçma kəndinin kənd qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ailəsi Vizual/Mobil redaktə

Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 29 Dec 2020 - 16 Feb 2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
  4. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RÜFƏT Ülfət oğlu Musayev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

Video Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə