Qoşqar Mustafayev
Qoşqar Mustafayev — Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Şəki Regional Reklam İdarəsinin mütəxəssisi, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.
| Qoşqar Mustafayev | |
|---|---|
| Mustafayev Qoşqar Asim oğlu | |
| Qoşqar Mustafayev, 2015. | |
| Anadan olub | 25 iyun 1987 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlıq |
|
| Milliyyəti | azərbaycanlı |
| Təhsili | Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı, tarix fakültəsi (2004–2008) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
25 iyun 1987-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbini bitirib.
2004 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2009-2021-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompüter mərkəzində kompüter mütəxəssisi vəzifəsində çalışıb.
2021-ci ildən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Şəki Regional Reklam İdarəsinin mütəxəssisidir.
İctimai-siyasi fəallığı Vizual/Mobil redaktə
2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.
2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.
Heç bir siyasi partiyanın üzvü deyil. Lakin, 2019-cu il bələdiyyə seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, 2 övladı var.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |