Arif Qaffarov
Arif Qaffarov (1945–2023) — şair, jurnalist və pedaqoq, 1998-ci ildə çap edilmiş Birinci Qarabağ müharibəsində şəhid olmuş şəkililərin bioqrafik məlumatlarından və onlar haqqında hekayələrdən ibarət “Şəki qartalları” kitab – xatirə toplusunun həmmüəllifi.
| Arif Qaffarov | |
|---|---|
| Qaffarov Arif Qaffar oğlu | |
| Arif Qaffarov. | |
| Anadan olub | 4 avqust 1945 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 2023 |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Nuxa Pedaqoji Texnikumu (–1964) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1972) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
4 avqust 1945-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1964-cü ildə Nuxa Pedaqoji Texnikumunu,
1972-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1982-ci ildən “Şəki fəhləsi” qəzetinin redaksiyasında məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Digər Vizual/Mobil redaktə
1960-cı illərdən şeir yazmağa başlayıb.
1970-ci illərdən şeirləri dövri-mətbuatda çap edilib.
Vəfatı Vizual/Mobil redaktə
2023-cü ilin birinci yarısında – 77 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Orsər R. Arif Qaffarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 476-479. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |