Cabbar Cabbarov
Cabbar Cabbarov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika və FTM kafedrasının dosenti.
| Cabbar Cabbarov | |
|---|---|
| Cabbarov Cabbar Həsən oğlu | |
| Cabbar Cabbarov. | |
| Təvəllüdü | 16 iyul 1949 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | fizika-riyaziyyat |
| İş yeri | Bakı Dövlət Universiteti, Ümumi fizika və FTM kafedrası (dosent) |
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
| Elmi adı | dosent |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1956 – 1966-cı illərdə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbdə,
1966 – 1971-ci illərdə S.M.Kirov adına Bakı Dövlət Universitetinin fizika fakültəsində,
1975 – 1978-ci illərdə Ukrayna SSR EA Fizika İnstitutunun aspiranturasına (Kiyev) təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1971 – 1975-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin “VEQA” Xüsusi Konstruktor Bürosunda (Ryazan) elektronika mühəndisi,
1978 – 1980-ci illərdə Ukrayna SSR EA Fizika İnstitutunun Qaz elektronikası şöbəsində (Kiyev) mühəndis,
1980-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən, əvvəl baş laborant, sonra laboratoriya müdiri, daha sonra müəllim, baş müəllim, dosent vəzifəsini tutub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1982-ci ildə “Mənfi ion dəstələrinin daşınmasına təsir edən fiziki proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
65 məqalənin, 1 kitabın müəllifidir.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir. İki övladı var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Cabbarov Cabbar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 77-78. — 1.000 nüsx.
- Cabbarov Cabbar Həsən oğlu : [arx. 7 Jul 2011 - 18 Feb 2020] : [azərb.] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 15.07.2021.
- Cabbarov Cabbar Həsən oğlu : [arx. 23.12.2018] : [azərb.] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 15.07.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |