Tofiq Salmanov — tanınmış musiqiçi-pedaqoq, Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru.

Tofiq Salmanov
Salmanov Tofiq Səməd oğlu
Tofiq Salmanov
Tofiq Salmanov.
Şəxsi məlumatlar
Təvəllüdü 2 aprel 1969 (1969-04-02) (57 yaş)
Anadan olduğu yer Baş Zəyzid, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
Həyat yoldaşı Salmanova Leyla Elxan qızı
Uşaqları Salmanlı Ayxan və Salmanlı Səməd
Təhsili

 • Şəki Musiqi Texnikumu, skripka ixtisası (1983–1987)

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), skripka ixtisası (1990–1995)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

2 aprel 1969-cu il tarixdə Şəki rayonunun Baş Zəyzid kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1975 – 1983-cü illərdə Baş Zəyzid kənd orta məktəbində səkkizillik təhsil alıb.

1978 – 1983-cü illərdə Şəki şəhər 1 №-li musiqi məktəbində,

1983 – 1987-ci illərdə Şəki Musiqi Texnikumunda,

1990 – 1995-ci illərdə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) skripka ixtisası üzrə musiqi təhsili alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

1987 – 1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək və musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə

Hələ konservatoriyada təhsil aldığı illərdə “Ümid” ansamblında, sonralar isə Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Neftçi” mahnı və rəqs ansamblının üzvü olub və musiqi təhsili üzrə pedaqoji fəaliyyətlə məşğul olub.

2014-cü ildən Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktorudur.

Ailəsi Vizual/Mobil redaktə

Evlidir, iki övladı var.

Bildiriş Vizual/Mobil redaktə