Natiq Salamov
Natiq Salamov — hüquq elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin baş məsləhətçisi.
| Natiq Salamov | |
|---|---|
| Salamov Natiq Muxtar oğlu | |
| Natiq Salamov. | |
| Təvəllüdü | 6 noyabr 1975 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | hüquq |
| İş yeri |
• Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi (baş məsləhətçi) • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, humanitar fənlər kafedrası (müəllim) |
| Elmi dərəcəsi | hüquq elmləri namizədi |
| Təhsili | Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyası (–2004) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
6 noyabr 1975-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1992-ci ildə Şəki şəhər 8 №-li beynəlmiləl tam orta məktəbinin rus bölməsini,
2004-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasını bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1996 – 2010-cu illərdə Rusiyada Federasiyasında müxtəlif sahələr üzrə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olub («ASC VSU» Çeremxovo tikinti idarəsində betonçu-dülgər, Munisipal Unitar Müəssisədə dülgər, MUM İstilik şəbəkəsində hüquqşünas, İrkutsk vilayəti üzrə RF Daxili İşlər İdarəsində müstəntiq, RF Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində hüquqşünas və s.).
2010-cu ildə Azərbaycanda maksimum 100 baldan 92 bal toplayaraq dövlət qulluğuna qəbul olunub.
2010-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsində çalışır (əvvəl aparıcı məsləhətçi, sonra baş məsləhətçi).
İkinci iş yerləri Vizual/Mobil redaktə
2011 – 2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Humanitar fənlər kafedrasında müəllim işləyib.
2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Humanitar fənlər kafedrasının müəllimidir.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
2024-cü ildə Rusiya Xalqlar Dostluğu Universitetində (Moskva) namizədlik dissertasiyasını müdafiə edib və hüquq elmləri namizədi elmi dərəcəsi alıb.
“Scopus”, “Web of Science”, yaxud onlara bərabər tutulan digər biblioqrafik və referativ elmi ədəbiyyat bazalarına daxil olan elmi jurnallarda 20-dən çox məqaləsi çap edilib.
Ailəsi Vizual/Mobil redaktə
Evlidir. İki övladı var.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |