Çingiz Axundov (1931–2024) — həndbol üzrə ilk azərbaycanlı beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi və dosent.

Çingiz Axundov
Axundov Çingiz Məmməd oğlu
Çingiz Axundov
Çingiz Axundov.
Şəxsi məlumatlar
Təvəllüdü 17 dekabr 1931(1931-12-17)
Doğulduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 yanvar 2024 (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Uşaqları Azər və Nigar
Vətəndaşlığı SSRİ→ Azərbaycan
İdman növü həndbol

Haqqında məlumatlar Vizual/Mobil redaktə

17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1955-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1968-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

 
Çingiz_Axundov tələbələr arasında.

1970 – 2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışıb.

2011-ci ildən əmək təqaüdündədir.

İdman fəaliyyəti Vizual/Mobil redaktə

1967-ci ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmişdir.

Vəfatı Vizual/Mobil redaktə

30 yanvar 2024-cü il tarixdə – 92 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Axundov Çingiz Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 217. — ISBN 978-9952-441-02-4.
  2. Azərbaycanın ilk beynəlxalq dərəcəli həndbol hakimi vəfat edib : [arx. 31.01.2024] // Report. — 2024. — 30 yanvar. — Müraciət tarixi: 17.12.2024.

Bildiriş Vizual/Mobil redaktə