Hüseyn Qarayev (1884–1944) — sovet dövrünün ilk onilliklərində Nuxanın tanınmış ziyalılarından biri olmuş şəxs. Pedaqoji sahə ilə yanaşı ədəbi-bədii fəaliyyətlə də məşğul idi.

Hüseyn Qarayev
Qarayev Hüseyn Hacı İshaq əfəndi oğlu
Hüseyn Qarayev
Hüseyn Qarayev.
İlk adı Hüseyn Əfəndizadə
Təxəllüsü Hüseyn Kişli
Anadan olub 1884(1884-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Kiş, Nuxa qəzası, Rusiya İmperiyası
Vəfat edib fevral 1944(1944-02-00) (60 yaşında)
Vəfat etdiyi yer Nuxa, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Kiş kənd qəbiristanlığı
Təhsili Azərbaycan Pedaqoji İnstitutu

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1884-cü ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

 
Hüseyn Qarayev (mərkəzdə), 1913-cü il.

İlk təhsilini atası Hacı İshaq Əfəndidən alıb. Sonra təhsilini İstanbulda davam etdirib. Daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

 
Hüseyn Qarayev, 1930-cu illər.

1930-cu illərdə Nuxada fəaliyyətə başlamış Sənaye Texnikumunun, sonralar isə Nuxa 5 №-li məktəbin direktoru olub. Müxtəlif illərdə Nuxa Pedaqoji Texnikumunda dərs deyib.

Ədəbi-bədii yaradıcılığı Vizual/Mobil redaktə

Hekayələr, dini-ruhani risalələr, seirlər yazıb və dövri-mətbuatda çap etdirib. 4 şeiri isə 2018-ci ildə Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda çap olunub.

Vəfatı Vizual/Mobil redaktə

1944-cü ilin fevral ayında – 60 yaşında vəfat edib. Kiş kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Orsər R. Hüseyn Kişli // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 159-162. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş Vizual/Mobil redaktə