Rəna Abbasova — ABŞ azərbaycanlı icmasının görkəmli nümayəndəsi, Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsinin protokol şöbəsinin sabiq müdiri.

Rəna Abbasova
Abbasova Rəna Hamlet qızı
Rəna Abbasova
Rəna Abbasova.
Anadan olub 30 iyul 1982 (1982-07-30) (44 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Övladları Nigar və Aylin
Atası Hamlet Abbasov
Anası Elmira Abbasova
Vətəndaşlıq Azərbaycan→ ABŞ
Təhsili

 • Azərbaycan Tibb Universiteti, stomatologiya fakültəsi (1999–2004)

 • Nyu-York Universiteti, ağız boşluğu patologiyası və üz-çənə cərrahiyyəsi ixtisası (2009–2013)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

30 iyul 1982-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1999-cu ildə Bakı şəhər 249 saylı tam orta məktəbini bitirib.

1999 – 2004-cü illərdə Azərbaycan Tibb Universitetində stomatoloq ixtisası üzrə,

2009 – 2013-cü illərdə isə Nyu-York Universitetində ağız boşluğu patologiyası və üz-çənə cərrahiyyəsi ixtisası üzrə təhsil alıb.

2016 – 2021-ci illər arasında ABŞ-da beynəlxalq əlaqələr və idarəçilik üzrə müxtəlif kursları bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2013 – 2018-ci illərdə Azərbaycan – Amerika Cəmiyyətinin (ABŞ) bölgə direktoru,

2016 – 2021-cı illərdə Bruklin (Nyu-York, ABŞ) bələdiyyəsi başçısının müşaviri,

2022 – 2224-cü illərdə isə Nyu-York Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub : [arx. 12.01.2022] // Report.az. — 2022. — 9 yanvar. — Müraciət tarixi: 17.01.2022.
  2. Rana Abbasova, Director Of Protocol For International Affairs : [arx. 16 Nov 2023 - 17 Nov 2023] // Search City of New York. — Müraciət tarixi: 18.11.2023.

Video-çarx Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə