Rafail Hacıbalayev — Qazaxıstanın Kostanay vilayətində yaşayan azərbaycanlıların “Birlik” ictimai cəmiyyətinin sədri və Qazaxıstan Xalq Şurasının üzvü.

Rafail Hacıbalayev
Hacıbalayev Rafail Sadəddin oğlu
Rafail Hacıbalayev
Rafail Hacıbalayev.
Anadan olub 23 avqust 1964 (1964-08-23) (62 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Hacıbalayeva (Ramazanova) Yaqut Ümidvar qızı
Övladları Ruslan və Murad
Atası Hacıbalayev Sadəddin Qaffar oğlu
Anası Hacıbalayeva Ziyafət Məcid qızı
Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1981–1985)
Mükafatları "Diaspor fəaliyyətində xidmətə görə" medalı
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

23 avqust 1964-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1971 – 1981-ci illərdə Şəki şəhər 11 nömrəli orta məktəbində,

1981 – 1985-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

1985 – 1987-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1987 – 1988-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin əməyin və əməkhaqlarının hesablanması şöbəsində mühəndis,

1988 – 1994-cü illərdə Cəfərabad kəndində əmtəəşünas,

1994 – 1996-сı illərdə “Çinarə” ticarət-sənaye müəssisəsinin təsisçisi və direktoru,

1997 – 1998-ci illərdə rayonlararası “Azerkontrakt” bazasının direktoru vəzifəsində çalışıb.

1998-ci ildə Qazaxıstana köçüb və əmək fəaliyyətini orada müxtəlif sahələrdə davam etdirib; o cümlədən,

2002-ci ildən Qazaxıstanın Kostanay vilayətində taxılın emalı, saxlanılması və ticarəti işi ilə məşğul olan bir neçə müəssisənin həmtəsisçisidir.

İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə

2012 – 2019-cu illərdə Kostanay vilayətində yaşaya azərbaycanlıların “Birlik” ictimai cəmiyyətinin sədr müavini olub.

2019-cu ildən Kostanay vilayətində yaşaya azərbaycanlıların “Birlik” ictimai cəmiyyətinin sədridir.

22 sentyabr 2026-cı il tarixdən Qazaxıstan Xalq Şurasının üzvüdür (126 üzvdən ibarət olan bu qurum Qazaxıstanda dövlətin daxili siyasətinin əsas istiqamətləri üzrə təklif və tövsiyələr hazırlayır, parlamentə qanun layihələri təqdim edir, həmçinin ümumxalq referendumunun keçirilməsi təşəbbüsünü irəli sürür).

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ailəsi Vizual/Mobil redaktə

Atası Sadəddin (1932–2008) Şəki ipək kombinatında sex rəisi olub.

Anası Ziyafət Şəki ipək kombinatında laborant vəzifəsində çalışıb. Hal-hazırda təqaüddədir.

Həyat yoldaşı Yaqut Çelyabinsk Dövlət Universitetinin Kostanay filialını bitirib. Hüquqşünasdır.

Böyük oğlu Murad Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universitetini və Əhməd Baytürsınoğlu adına Kostanay Regional Universitetini bitirib.

Kiçik oğlu Ruslan Böyük Britaniyada ali təhsil alır.

Bildiriş Vizual/Mobil redaktə