Telman Muxtarlı
Telman Muxtarlı (1951–2010) — tanınmış musiqiçi, aranjemançı və Şəkidə fəaliyyət göstərən “Zirvə” vokal-instrumental ansamblının rəhbəri.
| Telman Muxtarlı | |
|---|---|
| Muxtarlı (Muxtarov) Telman Ziya oğlu | |
| Telman Muxtarlı, 2009-cu il. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 27 fevral 1951 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfatı | 26 aprel 2010 (59 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Həyat yoldaşı | Elmira Ramiz qızı Xəlifəzadə |
| Təhsili |
• Şəki Musiqi Texnikumu, tar ixtisası • Azərbaycan İnşaat Mühəndisləri Universiteti, memarlıq fakültəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
27 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Şəki Musiqi Texnikumunu tar ixtisası üzrə bitirib.
Daha sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetnin memarlıq fakültəsində təhsil alıb.
Musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə
1971 – 2010-cu illərdə Şəkinin “Zirvə” vokal-instrumental ansamblının rəhbəri olub. Onun rəhbərliyinin ilk dövrlərində ansambl tez-tez Şəkidə və ətraf rayonlarda konsert proqramları ilə çıxış etmişdir; o cümlədən,
1978-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Festivalında qızıl medala layiq görülmüş,
1979-cu ildə Azərbaycan Televiziyasının “Gənclik estradası” yarışmasının qaliblərindən biri olmuşdur.
Sonrakı illərdə Rusiyanın Taqanroq şəhərində və Tümen vilayətində, həmçinin, Türkiyədə keçirilən festivallarda və digər tədbirlərdə də konsert proqramları ilə çıxışları olub.
Vəfatı Vizual/Mobil redaktə
26 aprel 2010-cu il tarixdə – 59 yaşında, Şəkidə vəfat edib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |