Vüqar Abdurahmanov — riyaziyyat üzrə fəlsəfə doktoru, Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.

Vüqar Abdurahmanov
Abdurahmanov Vüqar Əbülfət oğlu
Vüqar Abdurahmanov
Vüqar Abdurahmanov.
Təvəllüdü 29 may 1972(1972-05-29)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
İş yeri

 • Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbi (riyaziyyat müəllimi)

 • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (baş müəllim)
Elmi dərəcəsi riyaziyyat üzrə fəlsəfə doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1989–1994)
Mükafatları Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — 2026
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

29 may 1972-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1978 – 1988-ci illərdə Qoxmuq kənd orta məktəbində,

1989 – 1994-сü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anları üçün limit teoremləri və onların tətbiqləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2-si xaricdə olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.

2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında doktorluq işinin mövzusu təsdiq olunub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2004 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim,

2009 – 2015-ci illərdə isə baş müəllim vəzifəsində çalışıb.

2014 – 2020-ci illərdə həm də AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi olub.

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.

2022-ci ildən Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimidir.

Təltif və mükafatları Vizual/Mobil redaktə

  • “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı – təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə (03.10.2026).

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Şəki REM-in fəlsəfə doktorları : Abdurahmanov Vüqar Əbülfət oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 14.09.2021.

Bildiriş Vizual/Mobil redaktə