Zahid Mustafayev
Zahid Mustafayev (1938–2015) — tanınmış mədəniyyət işçisi, teatr aktyoru və rejissoru.
| Zahid Mustafayev | |
|---|---|
| Mustafayev Zahid Nəzir oğlu | |
| Zahid Mustafayev. | |
| Doğum tarixi | 27 mart 1938 |
| Doğum yeri |
Nuxa, |
| Vəfat tarixi | 16 iyun 2015 (77 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Vətəndaşlığı |
|
| Uşağı | Xatirə, Sevda, Elşad |
| Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (–1971) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
27 mart 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.
1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1957 – 1978-ci illərdə Nuxada/Şəkidə mədəniyyət sahəsi ilə bağlı müxtəlif vəzifələrdə çalışıb (klub müdiri, metodist, bədii rəhbər, aktyor, ədəbi-hissə müdiri, mədəniyyət evinin direktoru, mədəniyyət və istirahət parkının direktoru, tarix-diyarşünaslıq muzeyinin direktoru və s.).
1978 – 1984-cü illərdə Şəki rayon mədəniyyət şöbəsinin müdiri olub.
1985-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib; o cümlədən,
1985 – 1987-ci illərdə teatrın sıravi aktyoru,
1987 — 1993-cü illərdə isə ədəbi-hissə müdiri olub.
1996 – 2011-ci illərdə isə Şəki xalq teatrının rejissoru vəzifəsində çalışıb.
Vəfatı Vizual/Mobil redaktə
16 iyun 2015-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəhimli İ. Zahid Mustafayev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 83-84. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |