İqrar Salamov
İqrar Salamov — Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru.
| İqrar Salamov | |
|---|---|
| Salamov İqrar Zakir oğlu | |
| İqrar Salamov. | |
| Doğum tarixi | 5 noyabr 1970 |
| Doğum yeri |
Babaratma, Şəki rayonu, |
| Vətəndaşlığı |
|
| Təhsili | Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu/Universiteti, Musiqili komediya aktyorluğu fakültəsi (1988–1993) |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
5 noyabr 1970-ci il tarixdə Şəki rayonunun Babaratma kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1978-ci ildən Babaratma kənd orta məktəbində təhsil almağa başlayıb.
1988-ci ildə Bakı şəhəri 8 №-li musiqi təmayüllü internat məktəbinin (hal-hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası) Səs şöbəsini bitirib.
1988 – 1993-cü illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun/Universitetinin Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1993 – 1995-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının,
1996 – 2013-cü illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının,
2013 – 2019-cu illərdə yenidən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olub.
2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur.
Təltif və mükafatları Vizual/Mobil redaktə
“Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (09.05.2012).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəhimli İ. İqrar Salamov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 310-311. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- İqrar Salamov : [arx. 3 Dec 2021 - 16 May 2026] // Azərbaycan Dövlət Akademik Musiqili Teatrı. — Müraciət tarixi: 08.11.2026.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |