Çingiz Əfəndiyev
Çingiz Əfəndiyev (1932–2013) — ipəkçilik və toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis və rəhbər kadr; uzun müddət Şəki ipək kombinatında baş direktorun müavini vəzifəsində çalışmış, dəfələrlə baş direktoru əvəz etmiş, bir müddət özü də baş direktor olmuş və bir ilə yaxın vaxt ərzində isə Şəki şəhər icra hakimiyyəti başçısı vəzifəsini tutmuşdur. Şəkinin birinci icra başçısıdır.
| Çingiz Əfəndiyev | |
|---|---|
| Əfəndiyev Çingiz Yunus oğlu | |
| Çingiz Əfəndiyev, 1990-cı il. | |
| Anadan olub | 29 noyabr 1932 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 14 fevral 2013 (80 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Həyat yoldaşı | Həqiqət |
| Övladları | Yunus, Zakir və Hilalə |
| Təhsili | Moskva Toxuculuq Texnikumu |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
29 noyabr 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbində və Moskva Toxuculuq Texnikumunda təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1956-cı ildə V.İ.Lenin adına Nuxa ipək kombinatının baramaaçan istehsalatında əmək fəaliyyətinə başlayıb. Sonra həmin istehsalatda laborant, usta köməkçisi, növbə ustası işləyib. Daha sonralar kombinatın texniki-nəzarət şöbəsinin rəisi, boyaq-bəzək istehsalatının rəisi, satış şöbəsinin rəisi vəzifələrində çalışıb.
1973-cü ildən kombinatın baş direktorunun müavini,
1990-cı ildən isə baş direktoru olub.
1991 – 1992-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1992-ci ildən sonra müxtəlif vaxtlarda Şəki “İpək” şirkətində baş direktor, təchizat işləri üzrə baş direktorun müavini, “Şəki-İpək” ASC İdarə Heyəti sədrinin məsləhətçisi və s. vəzifələrdə işləyib.
Vəfatı Vizual/Mobil redaktə
14 fevral 2013-cü il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.
İctimai aktivliyi Vizual/Mobil redaktə
1990-cı ildə 130 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüş və bu dairə üzrə ikinci səsvermədə Azərbaycan SSR xalq deputatı seçilmişdir.
Ailəsi Vizual/Mobil redaktə
Həyat yoldaşı Həqiqət Əfəndiyeva, tibb bacısı.
Yunus və Zakir adlı iki oğlu, Hilalə adlı bir qızı var.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
Ədəbiyyat Vizual/Mobil redaktə
- Şəki ikinci şəhər 130 nömrəli seçki dairəsindən xalq deputatlığına namizəd Çingiz Yunus oğlu Əfəndiyevin seçkiqabağı platforması (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 30 avqust 1990. — № 23 – 24 (1626). — Səh. 2.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |