Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Hüseyn Əkbərov
Hüseyn Əkbərov

Sovet dövründə Şəkidə tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr olmuş şəxs, Azərbaycan SSR əməkdar inşaatçısı Hüseyn Əkbərov (1913–1998) 10 sentyabr 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Namiq Əzizov
Namiq Əzizov

Tanınmış mühəndis-texnoloq və ipək sənayesi mütəxəssisi Namiq Əzizov 10 sentyabr 953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Qalib Əhmədov
Qalib Əhmədov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qalib Əhmədov (2001–2020) 10 sentyabr 2001-ci il tarixdə Şəki rayonunun Əliyar kəndində doğulub.



Qəmər Məmmədova
Qəmər Məmmədova

Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası Qəmər Məmmədova 10 sentyabr 1954-cü il tarixdə Bakının Biləcəri qəsəbəsində anadan olub. O, 1975 – 1979-cu və 1983 – 2002-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktirisası olmuşdur.



Rəsul Rəsullu
Rəsul Rəsullu

Tanınmış pedaqoq və jurnalist, filologiya elmləri namizədi, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti, Azərbaycan SSR əməkdar müəllimi Rəsul Rəsullu (1908–1962) 10 sentyabr 1908-ci il tarixdə Nuxada (indiki Şəki) fəhlə ailəsində anadan olub.



Səyyarə Musayeva
Səyyarə Musayeva

Şəki bələdiyyəsinin üzvü və sədr müavini Səyyarə Musayeva 10 sentyabr 1995-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub.



İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva

Fizika üzrə elmlər doktoru, dosent, Bakı Dövlət Universiteti fizika fakültəsinin fiziki elektronika kafedrasının professoru və Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun əməkdaşı İzzət Əfəndiyeva 10 sentyabr 1950-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.







<<əvvəlki gün 10 sentyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)