Namiq Əzizov
Naviqasiyaya keç
Axtarışa keç
| Namiq Əzizov | |
|---|---|
| Əzizov Namiq Yusif oğlu | |
| Namiq Əzizov. | |
| Anadan olub | 10 sentyabr 1953 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Övladları | Rəvanə və Kəmalə |
| Vətəndaşlıq |
|
| Təhsili | Azərbaycan Politexnik İnstitutu, texnologiya fakültəsi, təbii və süni liflərin əyrilməsi ixtisası (1970–1975) |
Namiq Əzizov — tanınmış mühəndis-texnoloq və ipək sənayesi mütəxəssisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
10 sentyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1970-ci ildə Şəki şəhər M.F.Axundov adına 2 nömrəli orta məktəbini bitirib.
1970 – 1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsində təbii və süni liflərin əyrilməsi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1976-cı ildə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 3 №-li filialının Texniki Nəzarət (OTK) şöbəsində usta kimi əmək fəaliyyətinə başlayıb. Sonrakı illərdə həmin müəssisədə baş mühəndis və direktor,
1993 – 1997-ci illərdə isə Şəki “İpək” şirkətinin 4 №-li filialında mühəndis-texnoloq vəzifəsində çalışıb.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |