Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Yaşar Bilalov
Yaşar Bilalov

Tanınmış kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri Yaşar Bilalov (1936–2013) 29 sentyabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Ziyad Əliəkbərli
Ziyad Əliəkbərli

Şəki şəhər icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli 29 sentyabr 1996-cı il tarixdə Şəkidə anadan olub.



Əbdüləli Hacıyev
Əbdüləli Hacıyev

Əməkdar rabitəçi, mühəndis-polkovnik Əbdüləli Hacıyev (1920–1998) 29 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub. O, uzun müddət Azərbaycan SSR DTK-nin hökumət rabitəsi şöbəsinə rəhbərlik etmişdir.



Eltun Kərimov
Eltun Kərimov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Eltun Kərimov (2001–2020) 29 sentyabr 2020-ci il tarixdə – 19 yaşında, Tərtər rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub.



Fərman Musayev
Fərman Musayev

Kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Fərman Musayev (1940–2003) 29 sentyabr 2003-cü il tarixdə – 63 yaşında, Şəkidə vəfat edib.



Fərrux İsmayılov
Fərrux İsmayılov

Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq Fərrux İsmayılov (1913–1971) 29 sentyabr 1971-ci il tarixdə – 58 yaşında, Şəkidə vəfat edib. O, 1953 – 1953-cü illərdə Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi, 1966 – 1971-ci illərdə isə Nuxa/Şəki şəhər 19 №-li orta məktəbin direktoru vəzifəsində çalışmışdır.



Teyyub Əfəndiyev
Teyyub Əfəndiyev

Tanınmış terapevt, kardioloq, revmotoloq, həkim-pedaqoq, tibb elmləri namizədi və professor Teyyub Əfəndiyev (1903–1988) 29 sentyabr 1988-ci il tarixdə – 85 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub. O, uzun müddət Azərbaycan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.



Ziya Yusifzadə
Ziya Yusifzadə

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə (1929–2015) 29 sentyabr 2015-ci il tarixdə – 86 yaşında, Bakıda vəfat edib. O, 1980 – 1988-ci il illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışmışdır.






<<əvvəlki gün 29 sentyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)