Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Adil Vəliyev
Adil Vəliyev

Tanınmış müğənni və məşhur “İrs” folklor ansamblının sabiq üzvü Adil Vəliyev 5 dekabr 1952-ci ildə Yevlaxda anadan olub.



Aydın Hacıyev
Aydın Hacıyev

Tarixçi alim, tarix elmləri doktoru, Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun (rus.: Северный институт предпринимательства) prorektoru Aydın Hacıyev 5 dekabr 1953-cü il tarixdə Bakıda anadan olub. O, görkəmli dövlət xadimi Nazim Hacıyevin (1924–1962) oğlu, tanınmış politoloq Hikmət Hacızadənin (1954–2020) isə əmisi oğludur.



Bilqeys Həşimzadə
Bilqeys Həşimzadə

Hüquq elmləri namizədi, dosent, ilk azərbaycanlı qadın hüquqşünaslardan biri, ilk azərbaycanlı qadın hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) sabiq direktoru (rektoru) Bilqeys Həşimzadə (1900–1961) 5 dekabr 1900-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, müxtəlif illərdə Azərbaycan SSR prokurorunun müavini, Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və s. məsul vəzifələrdə də çalışmışdır.



Elçin Nadirov
Elçin Nadirov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Elçin Nadirov (1987–2020) 5 dekabr 1987-ci il tarixdə Şəkidə doğulub.



Rasim İslamov
Rasim İslamov

Peşəkar jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai TV) Şimal-Qərb bölgəsi üzrə müxbiri Rasim İslamov 5 dekabr 1970-ci il tarixdə Şəki rayonunun Vərəzət kəndində anadan olub.



Kamal Əsgərov
Kamal Əsgərov

Tanınmış dəmiryolçu, Azərbaycan Dəmiryol İdarəsində yolların maşın hesablama stansiyalarının rəisi Kamal Əsgərov (1925–1996) 5 dekabr 1996-cı il tarixdə – 71 yaşında, Bakıda vəfat edib. Bakıda – Yasamalı qəbiristanlığında, dəfn olunub.



Məmmədsani Məmmədov
Məmmədsani Məmmədov

Tanınmış jurnalist, “Şəki fəhləsi” qəzetinin ilk redaktorlarından biri, “Bakinski raboçi” qəzetinin uzun müddət Şəkidəki xüsusi müxbiri olmuş Məmmədsani Məmmədov (1905–1984) 5 dekabr 1984-cü il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.







<<əvvəlki gün 5 dekabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)