Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Hədiyyə Abdullayeva
Hədiyyə Abdullayeva

Tanınmış pedaqoq və ingilis dili müəllimi Hədiyyə Abdullayeva 6 oktyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Niyazi Əbdürrəhimov
Niyazi Əbdürrəhimov

Tanınmış daş hörgüsü ustası və bənna Niyazi Əbdürrəhimov (1937–2009) 6 oktyabr 1937-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qışlaq kəndində anadan olub. Şair Bəxtiyar Vahabzadə onun haqqında “Usta Niyazi” şeirini yazmışdır.



Nurəddin Cəfərov
Nurəddin Cəfərov

Yeraltı hidroqazodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssis, texnika elmləri doktoru, AMEA Geologiya İnstitutunun elmi məsləhətçisi Nurəddin Cəfərov (1933–2007) 6 oktyabr 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Pərvin Muradova-Dilbazi
Pərvin Muradova-Dilbazi

Tanınmış pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano professoru, Florida ştatının Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyətinin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi Pərvin Muradova-Dilbazi 6 oktyabr 1954-cü il tarixdə Bakıda anadan olub.



Ruziyə Hüseynova
Ruziyə Hüseynova

Tanınmış cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Şəki Regional Perinatal Mərkəzinin direktoru Ruziyə Hüseynova 6 oktyabr 1968-ci il tarixdə Şəkidə anadan olub.



Elməddin Məmmədov
Elməddin Məmmədov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elməddin Məmmədov (1995–2020) 6 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Vətən müharibəsində qəhrəmancasına həlak olub.



Ələşrəf Kərimov
Ələşrəf Kərimov

Sovet dövrünün ilk onilliklərində, müxtəlif vaxtlarda Azərbaycanın bir neçə bölgəsində rəhbər və məsul vəzifələr tutmuş Ələşrəf Kərimov (1888–1963) 6 oktyabr 1963-cü il tarixdə – 75 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.





<<əvvəlki gün 6 oktyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)