Şablon:7 dekabr
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tibb elmləri doktoru, Ueyna Dövlət Universitetinin (Miçeqan ştatı, ABŞ) tibb fakültəsinin professoru Aydın Abidov 7 dekabr 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Görkəmli dövlət xadimi Fətəli xan Xoyski (1875–1920) 7 dekabr 1875-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1918–2020-ci illərdə əvvəl Azərbaycan Cümhuriyyətinin nazirlər şurasının sədri və daxili işlər naziri, sonra isə xarici işlər naziri vəzifəsində çalışmışdır.
|
|
|
Tərcüməçi-jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Cəlil Xəlilov (1924–2004) 7 dekabr 2004-cü il tarixdə – 80 yaşında, Bakıda vəfat edib. O, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü olmuş, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində də iştirak etmişdir.
|
Azərbaycan SSR əməkdar həkimi, Nuxa vərəm dispanserinin baş həkimi Mirqasım Ocaqov (1898–1964) 7 dekabr 1964-cü il tarixdə – 66 yaşında, qısa sürən xəstəlikdən sonra Nuxada vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub. O, görkəmli kinorejissor Rasim Ocaqovun atasıdır.
|
|
|
Alim-pedaqoq, pedaqoji elmlər namizədi, dosent, ilk azərbaycanlı qadın elmlər namizədi Zümrüd Axundova (1912–1961) 7 dekabr 1961-cı il tarixdə – 49 yaşında, Bakıda vəfat edib. O, Azərbaycan KP Nuxa qəza komitəsinin birinci katibi olmuş Qulam Axundovun qızı, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın bacısı, Azərbaycan SSR EA-nın həqiqi üzvü Məmməd Arifin həyat yoldaşı, tanınmış tənqidçisi və ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar elm xadimi Araz Dadaşzadənin anası, tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin isə nənəsidir.
|
Tanınmış rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü və Azərbaycan SSR əməkdar rəssamı İsmət İsmayılov (1924–2010) 7 dekabr 2010-cu il tarixdə – 86 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)




