Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Cəlil Xəlilov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Cəlil Xəlilov
Xəlilov Cəlil Əliheydər oğlu
Cəlil Xəlilov
Cəlil Xəlilov.
Anadan olub 14 mart 1924(1924-03-14)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 7 dekabr 2004 (80 yaşında)
Milliyyəti azərbaycanlı
İxtisası rus dili və ədəbiyyatı
Təhsili

 • Nuxa Dövlət Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (1940–1942)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, rus dili və ədəbiyyatı fakültəsi (1948–)
Mükafatları "Əmək veteranı" medalı"Qırmızı Əmək Bayrağı" ordeni  — 1980
"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1969

Cəlil Xəlilov (1924–2004) — tərcüməçi-jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycanda mətbuat, nəşriyyat və kütləvi informasiya sahəsində çalışan kadrların peşə hazırlığının yüksəldilməsinə və ixtisaslarının təkmilləşdirilməsinə töhfə vermişdir. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komitəsinin üzvü olmuş, azərbaycan dilində yeni, daha işlək terminlərin yaradılması sahəsində əməli işlər görmüşdür. O cümlədən, “Əsrin müqaviləsi”nin və bir sıra beynəlxalq sənədlərin tərcüməsində də iştirak etmişdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

14 mart 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1931 – 1940-cı illərdə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbində oxuyub; məktəbi əla qiymətlərlə bitirib.

1940 – 1942-ci illərdə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.

1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olub.

Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]

1942 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1946-cı ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində rus dili müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1950 – 1967-ci illərdə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) əvvəl tərcüməçi, sonra (1962 – 1967-ci illərdə) tərcüməçi redaktor və direktor müavini vəzifəsində çalışıb.

1967 – 1969-cu illərdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin redaksiyasında,

1969 – 1974-cü illərdə isə Azərbaycan KP MK yanında Partiya tarixi institutunda işləyib.

1974 – 1986-cı illərdə “Kommunist” qəzetinin redaksiyasında tərcüməçi və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1986-cı ildə təqaüdə çıxsa da, əmək fəaliyyətini əvvəl Partiya tarixi institutunun partiya tarixi bölməsində baş elmi işçi kimi (1987), sonra Azərbaycan Respublikası Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçisi (1992 – 1993) və AzərTAC-da tərcüməçi-redaktoru kimi, daha sonra isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi (1993 – 2000) kimi davam etdirib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

7 dekabr 2004-cü il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Sənədlər[Vizual/Mobil redaktə | HTML redaktə]

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

2005-ci ildə Şəki şəhərində küçələrdən birinə Cəlil Xəlilovun adı verilib[1].

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ↑ Şəki şəhər icra hakimiyyəti başçısının 28.06.2005-ci il tarixli, 1/122 saylı sərəncamı.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Xəlilov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 188-189. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Mahmudov R. Ağsaqqal jurnalistlərimiz: Tərcümə sənətinin ustadı (azərb.) // Azərbaycan : qəzet. — Bakı: “Azərbaycan” nəşriyyatı, 12 mart 2004. — № 59 (3674). — Səh. 7.

Bildiriş[HTML redaktə]