Həsən Qazıyev
Həsən Qazıyev (1917–1985) — tanınmış stomatoloq-həkim, Bakı şəhər 2 №-li poliklinikasının işçisi. Azərbaycan Respublikasının sabiq müdafiə naziri Rəhim Qazıyevin atasıdır.
| Həsən Qazıyev | |
|---|---|
| Qazıyev Həsən Məhəmməd oğlu | |
| Həsən Qazıyev. | |
| Anadan olub | 23 yanvar 1917 |
| Anadan olduğu yer |
Nuxa, Yelizavetpol quberniyası, |
| Vəfat edib | 12 fevral 1985 (68 yaşında) |
| Dəfn yeri | Xoçik qəbiristanlığı, Şəki |
| Həyat yoldaşı | Libada Qazıyeva |
| Övladları | Rəhim Qazıyev, Anaqız Qazıyeva və daha 6 uşaq |
| Atası | Məhəmməd Əsəd oğlu Qazıyev |
| Anası | Aliyə xanım Həsən qızı Şeyxzadə |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Bakı Tibb Məktəbi, diş texniki şöbəsi • Stavropol Tibb İnstitutu, stomatoloq fakültəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
23 yanvar 1917-сi il tarixdə Nuxada (qeyri-rəsmi məlumatlara görə isə Nuxa qəzasının İnçə kəndində) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Bakıda diş texniki ixtisası üzrə orta ixtisas, Stavropolda stomatoloq ixtisası üzrə ali təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
23 iyun 1941-ci il tarixdən Nuxa Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır və tibb xidməti baş leytenantı hərbi rütbəsinə malik olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1967-ci ilədək Nuxa şəhər stomatoloji poliklinikasında,
1968 – 1985-ci illərdə isə Bakı şəhər 2 №-li poliklinikasında stomatoloq-həkim işləyib.
Vəfatı Vizual/Mobil redaktə
12 fevral 1985-ci il tarixdə – 68 yaşında, Bakıda vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında dəfn olunub.
Ailəsi Vizual/Mobil redaktə
8 uşaq atası olub. Böyük oğlu Rəhim Qazıyev 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışmışdır. Həsən Qazıyevin uşaqlarından yalnız qızı Anaqız Qazıyeva onun sənətini davam etdirib, amma həkim-stomatoloq kimi yox, həkim-ginekoloq kimi.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Казиев Хасан Мамед-оглы : [arx. 12.02.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 12.02.2023.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |