Rəhim Qazıyev
Rəhim Qazıyev — ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.
| Rəhim Qazıyev | |||||||
|---|---|---|---|---|---|---|---|
| Qazıyev Rəhim Həsən oğlu | |||||||
| Rəhim Qazıyev, 2017-ci il. | |||||||
|
|||||||
| Sələfi | Tahir Əliyev | ||||||
| Xələfi | Dadaş Rzayev | ||||||
| Təvəllüdü | 17 fevral 1943 | ||||||
| Doğulduğu yer |
Nuxa, |
||||||
| Atası | Həsən Məhəmməd oğlu Qazıyev | ||||||
| Anası | Libada Qazıyeva | ||||||
| Uşaqları | Sevinc Qazıyeva, Aytən Qazıyeva, Şəbnəm Qazıyeva | ||||||
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1961–1967) | ||||||
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi | ||||||
| Elmi adı | dosent | ||||||
| facebook səhifəsi | |||||||
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 fevral 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1950 – 1960-cı illərdə Nuxa şəhər 3 nömrəli orta məktəbində,
1961 – 1967-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1979-cu ildə “Elastik, plastik və özlü mühitdə dağıntını nəzərə almaqla və almamaqla dalğaların yayılması məsələsinin təqribi analitik yolla həlli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1967 – 1968-ci illərdə Nuxadakı 3 №-li fabrikdə çilingər şagirdi peşəsində işləyib.
1968-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl laborant, sonra baş laborant, daha sonra assistent,
1975-ci ildən isə yeni yaradılmış İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasında əvvəl baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri olub.
İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə
1987 – 1990-cı illərdə Sov.İKP-nin üzvü olub.
1988-ci ildən Azərbaycan milli azadlıq hərəkatına qoşulub və Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olub.
1990-cı ilin sonunda 129 №-li Şəki Birinci Şəhər Seçki Dairəsindən (ikinci seçki) Azərbaycan SSR xalq deputatı seçilib.
1991-ci ilin əvvəllərində Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına üzv seçilib.
Hərbi sahədə fəaliyyəti Vizual/Mobil redaktə
31 yanvar 1992-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllü döyüşçü dəstəsi ilə Şuşanın müdafiəsinə qatılıb.
17 mart 1992-cı il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri təyin edildikdən az sonra, əvvəl strateji əhəmiyyətə malik Şuşa şəhəri, ardınca isə Laçın dəhlizi ermənilər tərəfindən işğal edilsə də, həmin ilin ikinci yarısında cəbhədə üstünlük tam Azərbaycan tərəfinin əlinə keçmiş, ilin sonunadək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin 52 %-i, həmçinin, Laçın rayonunun 67 yaşayış məntəqəsi işğaldan azad edilmiş, 1988-ci ildən bağlı qalan Tərtər – Ağdərə – Kəlbəcər şose yolu açılmışdır. Lakin 1993-cü ilin əvvəllərində cəbhədə baş verən hərbi uğursuzluqlardan sonra müdafiə naziri vəzifəsindən istefa verməyə məcbur olub.
Məhkumluğu Vizual/Mobil redaktə
1990-cı ildə 20 yanvar hadisələri ilə bağlı təqsirli bilinərək həbs edilib və 8 aydan sonra azadlığa buraxılıb.
21 noyabr 1993-cü il tarixdə yenidən həbs edilib və Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına yerləşdirilib.
1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə bir neçə nəfərlə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçıb.
1996-cı il aprelin 13-dən 14-nə keçən gecə Rusiyada həbs edilərək Azərbaycana gətirilib.
20 mart 2005-ci il tarixdə prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılıb.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Əsgərov H. Rəhim Həsən oğlu Qazıyev (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1990. — В. 12 dekabr. — № 33 – 34 (1967 – 1968). — Səh. 2.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |