Mirhəsən Axundov
Mirhəsən Axundov (1893–1988) — tanınmış ticarətçi, Azərbaycan SSR əməkdar iqtisadçısı. Biologiya elmləri doktoru, professor Mirəli Axundovun qardaşı, tibb elmləri namizədi, dosent Rəfiqə Axundovanın isə atasıdır.
| Mirhəsən Axundov | |
|---|---|
| Axundov Mirhəsən Mirabdulla oğlu | |
| Mirhəsən Axundov. | |
| Digər adı | Mirhəsən Axunzadə |
| Anadan olub | 1893 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat edib | 6 aprel 1988 (95 yaşında) |
| Vəfat etdiyi yer |
Bakı, |
| Övladı | Rəfiqə Axundova |
| Vətəndaşlıq |
|
| Təhsili | Moskva İqtisadiyyat İnstitutu (1924–1927) |
| Mükafatları |
|
| Adının digər versiyaları | Mirhesen Axundov, Mirhasan Axundov, Миргасан Ахундов, Мирхасан Ахундов, Мирһәсән Ахундов |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1893-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1905-ci ildə Nuxada yeni açılmış rus-tatar məktəbinə daxil olub.
1924 – 1927-ci illərdə 3 illik Moskva İqtisadiyyat İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1910-cu ildə Nuxada fəaliyyət göstərən “Kommersiya Bank”ına hesabdar müavini vəzifəsinə işə götürülüb. Daha sonra həmin bankda şöbə müdiri işləyib.
1927 – 1933-cü illərdə Nuxada, Zaqatalada, Qaxda və Balakəndə ticarət sahəsində məsul vəzifələr tutub.
1933-cü ildə Azərittifaqın baş idarəsində plan şöbəsinin baş inspektoru, daha sonra şöbə müdiri,
1941-ci ildə Xaçmaz şöbəsinin müdiri,
1946-cı ildə isə Quba şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
1965-ci ildə təqaüdə çıxıb.
Pedaqoji fəaliyyəti Vizual/Mobil redaktə
1 aprel 1917-ci il tarixdə Nuxada (indiki Şəki) təsis edilmiş Hürriyyəti-maarif cəmiyyətinin idarə heyətinin üzvü olub.
Şəkidə işləyərkən qadınların savadsızlığının ləğvi məqsədi ilə kursların açılması, qadınların ictimai işlərə cəlb olunması, fəal qadınların Bakı şəhərinə oxumağa göndərilməsi işində yaxından iştirak edib. Gələcəkdə tanınmış şəxslər olacaq Bilqeys Həşimzadə və Səidə İmanzadə də məhz bu dövrdə Bakıya göndərilmişdi.
Bakıda işləyərkən Kooperativ texnikumunda iqtisadiyyatdan mühazirələr oxuyub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı;
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyinə görə” medalı (1947);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Əmək veteranı” medalı (1977).
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1975);
- “1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı (1985).
Vəfatı Vizual/Mobil redaktə
6 aprel 1988-ci il tarixdə – 95 yaşında, Bakıda vəfat edib.
Digər Vizual/Mobil redaktə
1925-ci ildə Moskvada təhsil alan azərbaycanlı tələbələrlə birlikdə Nəriman Nərimanovun dəfn mərasimində iştirak edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Axundov Mirhəsən // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 42-44. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |