Rəfiqə Axundova
| Rəfiqə Axundova | |
|---|---|
| Axundova Rəfiqə Mirhəsən qızı | |
| Rəfiqə Axundova. | |
| Təvəllüdü | 1 aprel 1925 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Şəki qəzası, |
| Vəfat tarixi | 11 fevral 2010 (84 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1943–1948) • Azərbaycan Tibb İnstitutu, göz xəstəlikləri kafedrası, kliniki ordinatura (1956–) • Azərbaycan SSR Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, aspirantura (1961–1964) |
| Atası | Mirhəsən Axundov |
| Mükafatları |
|
| Adının digər versiyaları | Refiqe Axundova, Rafiqa Axundova, Refiqe Axundova, Rafiqe Axundova, Рафига Ахундова, Рафиге Ахундова, Рефиге Ахундова, Рефига Ахундова, Рәфигә Ахундова |
Rəfiqə Axundova (1925–2010) — tanınmış oftalmoloq həkim və pedaqoq, tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1 aprel 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1933 – 1934-cü illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,
1934 – 1943-cü illərdə Bakı şəhər 171 №-li orta məktəbində,
1943 – 1948-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,
1956-cı ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının kliniki ordinaturasında,
1961 – 1964-cü illərdə isə Azərbaycan SSR Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1948-ci ildə təyinatla Quba rayon xəstəxanasına həkim-terapevt göndərilib.
1964-cü ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında əvvəl həkim baş laborant, sonra assistent, daha sonra dosent,
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1967-ci ildə “Traxomanın çətin sağalan III stadiyasının konkrementlərlə müşahidə olunan formasının klinika, patomorfologiya, histokimyəvi dəyişiklikləri və müalicəsi” mövzusunda dissertasiyasını müdafiə edib.
76 elmi məqalənin və akademik U.S.Musabəyli ilə birgə yazılmış “Refraksiya akkomodasiya və optiki şüşələrin təyini” adlı dərsliyin müəllifidir (Bakı, Tibb İnstitutunun mətbəəsi, 1977).
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
11 fevral 2010-cu il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Axundova Rəfiqə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 57-58. — 1.000 nüsx.
- Mete Ə. Tibb elmləri doktoru və namizədi olan həkimlər haqda qısa məlumat // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 367. — 500 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 1925-ci ildə doğulanlar
- 1 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 11 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- Səhiyyə əlaçıları (SSRİ)
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr