Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Nadir Əhmədov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Nadir Əhmədov
Əhmədov Nadir Alı oğlu
Nadir Əhmədov
Nadir Əhmədov.
bayraqRabitə naziribayraq
1997 — 2004
bayraqRabitə nazirinin müavinibayraq
1985 — 1997
bayraqBakı telefon şəbəkəsin rəisibayraq
1973 — 1985
Şəxsi məlumatlar
Təvəllüdü 15 iyun 1940(1940-06-15)
Doğulduğu yer Aşağı Göynük, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 may 2020 (79 yaşında)
Milliyyəti azərbaycanlı
Təhsili

Bakı Rabitə Texnikumunu (–1960)

Odessa Rabitə Elektrotexnika İnstitutu, elektrik rabitəsi fakültəsi (–1965)
Təltifləri "Şərəf Nişanı" ordeni
nadir-ahmedov.com (arxivləşdirilib)

Nadir Əhmədov (1940–2020) — Azərbaycan Respublikasının sabiq rabitə naziri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

15 iyun 1940-cı il tarixdə Nuxa rayonunun Aşağı Layısqı kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1957-ci ildə M.Qorki adına Nuxa 10 №-li orta məktəbini,

1960-cı ildə Bakı Rabitə Texnikumunu,

1965-ci ildə isə Odessa Rabitə Elektrotexnika İnstitutunun elektrik rabitəsi fakültəsini bitirib.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1968 – 1970-ci illərdə Sovet Ordusunda xidmət edib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1960 – 1968-ci illərdə Bakı Telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi,

1970 – 1975-ci illərdə Bakı şəhər Telefon Şəbəkəsi İdarəsində baş mühəndis,

1985 – 1997-ci illərdə rəis işləyib.

1985 – 1997-ci illərdə rabitə nazirinin müavini,

1997 – 2004-cü illərdə isə rabitə naziri olub.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

50-dən çox səmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

1979 – 1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

10 may 2020-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Nadir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 201-203. — 1.000 nüsx.
  2. Mete Ə. Dağın zirvəsinin əsl əzəməti uzaqdan görünür // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 240-242. — 500 nüsx.
  3. Əhmədov N. Tariximizdən bir vərəq. — Bakı, 2014. — Səh.: 312.

Bildiriş[HTML redaktə]