Nazim Əkbərov — tibb elmləri namizədi və qulaq, burun, boğaz həkimi. Keçmiş musiqiçidir, yeniyetmə və gənc yaşlarında bir neçə məşhur ansamblın heyətində çıxış etmişdir.

Nazim Əkbərov
Əkbərov Nazim Ziya oğlu
rus.: Акберов Назим Зия оглы
Nazim Əkbərov
Nazim Əkbərov.
Anadan olub 1 yanvar 1959 (1959-01-01) (67 yaş)
Həyat yoldaşı Əkbərova Sevinc
Övladı Zaur
Atası Ziya Əkbərov
Anası Solmaz Əkbərova
Təhsili

 • Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, II müalicə-profilaktifa fakültəsi (1977–1983)

 • Bakı şəhər Kliniki Təcili Yardım xəstəxanası, internatura (1983–1984)

 • Rusiya Səhiyyə Nazirliyi, Moskva Elmi-Tədqiqt Qulaq, Burun və Boğaz Xəstəlikləri İnstitutu, aspirantura (1991–1994)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1966 – 1976-cı illərdə Nuxa/Şəki şəhər M.Qorki adlına 10 nömrəli orta məktəbində təhsil alıb.

1966 – 1970-ci illərdə Nuxa/Şəki şəhər 1 №-li musiqi məktəbində,

1971 – 1972-ci illərdə illərdə isə Şəki şəhər 2 №-li musiqi məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alıb.

1977 – 1983-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktifa fakültəsində təhsil alıb.

1983 – 1984-cü illərdə Bakı şəhər Kliniki Təcili Yardım xəstəxanasında internatura keçib.

1991 – 1994-cü illərdə Rusiya Səhiyyə Nazirliyi Moskva Elmi-Tədqiqt Qulaq, Burun və Boğaz Xəstəlikləri İnstitutunun aspirantı olub.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1984 – 1988-ci illərdə əvvəl Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında anestezioloq, sonralar Sumqayıt şəhər poliklinikasında və “Sintezkauçuk” İstehsalat Birliyinin tibb-sanitar hissəsində otorinolarinqoloq,

1988 – 1991-ci illərdə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qulaq, burun, boğaz həkimi,

1994-1998-ci illərdə akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qulaq, burun, boğaz həkimi kimi fəaliyyətinə davam edib.

1998 – 2022-ci illərdə əvvəl Bakıda, sonra Moskvada Moskvada kommersiya fəaliyyəti ilə məşğul olub.

2024-cü ildən əmək pensiyaçısıdır.

Musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə

 
Nazim Əkbərov, gənc yaşlarında.

1975 – 1977-ci illərdə Şəki şəhər Mədəniyyət Evinin 14 - 18 yaşlılardan ibarət estrada ansamblında, M.Füzuli adına parkın nəzdində Rahib Məmmədovun yaratdığı estrada ansamblında, Şəki şəhər Mədəniyyət Evinin “Zirvə” vokal-instrumental ansamblında çıxış edib.

1977-ci ilin yanvar ayında Bakıda keçirilən Ümumrespublika festivalında “Zirvə”nin heyətində çıxış edib.

Ali məktəbdə oxuduğu dövrdə bir müddət “Eskulap” vokal-instrumental ansamblının heyətində çıxış edib.

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, bir oğlu var. Həyat yoldaşı Sevinc Əkbərova tibb elmləri doktoru və həkim-oftalmoloqdur.


Bildiriş Vizual/Mobil redaktə