Ziya Əkbərov
| Ziya Əkbərov | |
|---|---|
| Əkbərov Ziya Ələsgər oğlu | |
| Ziya Əkbərov. | |
| Anadan olub | 17 iyul 1933 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 19 avqust 2006 (73 yaşında) |
| Vəfat etdiyi yer |
Bakı, |
| Dəfn yeri |
Bakı, |
| Həyat yoldaşı | Solmaz |
| Övladları | Nazim Əkbərov və İradə Nadirli |
| Vətəndaşlıq |
|
| İxtisası | inşaatçı-mühəndis |
| Təhsili | Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (–1955) |
Ziya Əkbərov (1933–2006) — sovet dövrünün son onilliklərində altı çağırış (15–20-ci çağırışlar) Şəki şəhər sovetinin sədri seçilmiş şəxs.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
17 iyul 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1950-ci ildə Nuxa şəhər 2 №-li orta məktəbini,
1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1955-ci ildən V.İ.Lenin adına Şəki İpək Kombinatının təmir-tikinti şöbəsində iş icraçısı (prorab), sonra həmin şöbənin rəisi, daha sonra şəhər təmir-tikinti idarəsinin müdiri,
1973-cü ildən Şəki şəhər soveti sədrinin müavini,
1975 – 1988-ci illərdə 15-ci – 20-ci çağırış Şəki şəhər sovetinin sədri,
1988-ci ilin yanvar ayından sonra bir müddət Şəki şəhər kommunal təsərrüfat idarəsində mühəndis sonra isə sənaye-tikinti nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1955 – 1973-cü illər arasında əvvəl Şəki şəhər 7 №-li orta məktəbində, sonra isə ipəkçilik texnikumunda rəsmxət fənnindən saathesabı dərs deyib.
1960-cı illərin sonunda və 1970-ci illərin əvvəlində V.İ.Lenin adına Şəki İpək Kombinatınının burucu sexində təbliğatçı olub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
19 avqust 2006-cı il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |