Sehran Məmmədov
Sehran Məmmədov — tarixi-memarlıq abidələrinin bərpası üzrə tanınmış mütəxəssis, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun memarı.
| Sehran Məmmədov | |
|---|---|
| Məmmədov Sehran Məmməd oğlu | |
| Sehran Məmmədov. | |
| Anadan olub | 15 oktyabr 1949 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Məmmədova (İsrafilova) Hicran Qərib qızı |
| Övladları | Məmmədov Vüqar, Süleymanlı (Məmmədova) Nigar və İsmayılova (Məmmədova) Nübar |
| Atası | Məmmədov Məmməd Yaqub oğlu |
| Anası | Sadıqova Səkinə Məmməd qızı |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1970–1975) • Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (1975–1977) |
| İş yeri | “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (memar) |
| Adının digər versiyası | Seyran Məmmədov |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 oktyabr 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1957 – 1967-ci illərdə Nuxa şəhər 11 nömrəli orta məktəbində,
1970 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutun inşaat fakültəsində,
1975 – 1977-ci illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutun bazasında yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1975 – 1977-ci illərdə “Bakqiproqor” Layihə İnstitutunda (Bakı) memar,
1977 – 1979-cu illərdə Şəki Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi,
1979 – 1992-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Elmi bərpa istehsalat emalatxanasının Şəki qrupunun rəhbəri,
1992 – 1994-cü illərdə “Azərbərpa” Layihə İnstitutunun Şəki qrupu rəhbəri,
1994 – 2000-ci illərdə Şəki Elmi Bərpa İstehsalat İdarəsində baş mühəndis,
2000 – 2007-ci illərdə Mədəni İrsin Qorunma Layihəsində (Şəki Xan Sarayının bərpası) Şəki şəhəri üzrə koordinator,
2005 – 2009-cu illərdə Şəki şəhəri İcra Hakmiyyətinin layihə qrupunun rəhbəri,
2010 – 2012-ci illərdə Denkmalpflege LLC-də Aşağı Karvansaranın (Şəki) bərpası üzrə layihə rəhbəri,
2013-cü ildə KE-İnşaat MMC-də Şəkixanovların evinin bərpası üzrə layihə rəhbəri,
2015 – 2016-cı illərdə Lider Monolit MMC-də Aşağı Karvansaranın uyğunlaşma layihəsi üzrə məsləhətçi-memar,
2016 – 2017-ci illərdə KE-İnşaat MMC-də Şəki Qala divarlarının bərpası üzrə aparıcı mühəndis,
2018-ci ilin fevral–mart ayları arasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyində məsləhətçi (1 aylıq müqavilə əsasında),
2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayınadək KE-İnşaat MMC-də Sınıq körpü (Qırmızı Körpü) bərpası üzrə məsləhətçi olub.
2020-ci ilin may ayından Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda memar vəzifəsində çalışır.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə (05.10.2011);
- Şəki Şəhər İcra Hakimiyyətinin “İlin qalibi” mükafatı (30.12.2011);
- Azərbaycan Respublikası Memarlar İttifaqının Fəxri fərmanı – çoxillik yaradıcılıq fəaliyyətinə, Azərbaycan Memarlar İttifaqının işində aktiv iştirakına görə və 70 illik yubileyi münasibəti ilə (15.10.2019);
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təşəkkürnaməsi – 2019-cu ildə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya irs siyahısına daxil edilməsi ilə bağlı fəaliyyətinə görə (07.07.2021);
- Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı – Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılması, tarix-memarlıq abidələrinin bərpası istiqamətində göstərdiyi xidmətlərinə görə (29.11.2024).
Kitabları Vizual/Mobil redaktə
- Rəsulova Z., Məmmədov S. Xalq memarlığının Şəki üslubu. — Bakı: Everest, 2026. — 200 nüsx. — ISBN 978-9952-8577-3-3.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |