Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zəminə Rəsulova

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Zəminə Rəsulova
Rəsulova (Əliyeva) Zəminə İsmayıl qızı
Zəminə Rəsulova
Zəminə Rəsulova.
Anadan olub 14 mart 1983 (1983-03-14) (43 yaş)
Anadan olduğu yer Qaradağlı, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili

 • Şəki Pedaqoji Texnikumu, ingilis dili müəllimi ixtisası (–2004)

 • Lənkəran Dövlət Universiteti, tarix-coğrafiya və incəsənət fakültəsi, muzey, arxiv işi və abidələrin qorunması ixtisası (2020–2025)
İş yeri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (bələdçi)
Mükafatları "Tərəqqi" medalı — 2020
facebook səhifəsi

Zəminə Rəsulova — “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İdarə Heyətinin üzvü. Aktiv bədii yaradıcılıq və tərcümə işi ilə də məşğuldur.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

14 mart 1983-cü il tarixdə Şəki rayonunun Qaradağlı kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbini,

2004-cü ildə Şəki Pedaqoji Texnikumunu bitirib.

2020 – 2025-ci illərdə Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya və incəsənət fakültəsində muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2004 – 2023-cü illərdə “Yuxarı Baş” Dövlət/Milli Tarix-Memarlıq Qoruğunda bələdçi işləyib.

2023-cü ildən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda elmi işçidir.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Dövri mətbuatda şeirləri çap olunub. 5 şeiri 2018-ci ildə işıq üzü görmüş “Şəkidən gələn səslər” adlı ədəbiyyat toplusuna daxil edilib.

Rus, ingilis və italyan dillərini bilir və həmin dillərdən azərbaycan dilinə tərcümələr edib. 2020-ci ildə “Bir saray bələdçisinin qeydləri” adlı kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən çap olunub. Uşaqlar üçün yazdığı “Çələbi xanın nağılı” 2020-ci ildə, “Dragon tale” (“Əjdaha nağılı”) 2025-ci ildə işıq üzü görüb.

2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Orsər R. Zəminə Rəsulova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 809-812. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Bir qrup Azərbaycan qadını “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM : [arx. 06.03.2020] // Milli.az. — 2020. — 5 mart. — Müraciət tarixi: 15.09.2021.
  3. Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası : ATBA İdarə Heyəti : [arx. 16.09.2021] // ATGA. — Müraciət tarixi: 16.09.2021.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]