Sərdar Babayev
| Sərdar Babayev | |
|---|---|
| Babayev Sərdar Səttar oğlu | |
| Sərdar Babayev. | |
| Təvəllüdü | 3 noyabr 1945 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 16 may 2022 (76 yaşında) |
| Vətəndaşlığı |
|
| Elmi dərəcəsi | elmlər namizədi |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1964–1970) • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1975–1978) |
Sərdar Babayev (1945–2022) — fizika-riyaziyyat elmləri namizədi. 2022-ci ilin əvvəllərinədək Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
3 noyabr 1945-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1964-cü ildə Nuxa şəhər 3 №-li orta məktəbini bitirib.
1964 – 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,
1975 – 1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında “A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1970-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunda baş laborant,
1984-cü ildən baş elmi işçi vəzifəsində çalışb.
1985 – 1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib.
1994 – 1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında iştirak edib.
1 fevral 2022-ci il tarixədək AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb və həmin tarixdən öz ərizəsi ilə işdən azad edilib.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
16 may 2022-ci il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Babayev Sərdar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 53-54. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Fizika İnstitutunun fəlsəfə doktorları : Babayev Sərdar Səttar oğlu : [arx. 23.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 23.10.2021.
- Prezident təqaüdçüsü vəfat edib : [arx. 17 May 2022 - 17 May 2022] // Report. — 2026. — 15 noyabr. — Müraciət tarixi: 03.11.2024.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1945-ci ildə doğulanlar
- 3 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 16 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2022-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr