Yusif Abdurrahmanov
Yusif Abdurrahmanov (1937–2005) — sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş şəxs; o cümlədən, 1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru, həmçinin, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi kollegiyasının üzvü olmuşdur. Ədəbi yaradıcılıqla da məşğul idi, şeirlər yazırdı.
| Yusif Abdurrahmanov | |
|---|---|
| Abdurrahmanov Yusif Əhməd oğlu | |
| Yusif Abdurrahmanov. | |
| Anadan olub | 5 noyabr 1937 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 28 may 2005 (67 yaşında) |
| Atası | Əhməd Əbdürrəhmanov |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi (1955–1959) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
5 noyabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1954-cü ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1955 – 1959-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1959-cu ildə təyinatla V.İ.Lenin adına Nuxa ipək kombinatında işləməyə göndərilib.
Daha sonra Nuxadakı sənaye kombinatında işləyib.
1964 – 1971-ci illərdə Nuxa/Şəki elektrik şəbəkəsi idarəsində plan-iqtisad şöbəsinin rəisi,
1971 – 1972-ci illərdə Şəki rayon plan komissiyasının sədri,
1972-ci ildən Şəki şəhər Partiya Komitəsində sənaye-nəqliyyat şöbəsinin müdiri,
1976 – 1978-ci illərdə Şəki şəhərindəki tikiş fabrikinin direktoru,
1978 – 1982-ci illərdə Şəkidəki tütün fermentasiya zavodunun direktoru,
1982 – 1984-cü illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru,
1984-cü ildən Şəki Sənaye Kombinatının direktoru olub.
Vəfatı Vizual/Mobil redaktə
28 may 2005-ci il tarixdə – 68 yaşında, vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məlumat (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1982. —25 fevral c. — № 5 – 6 (1389). — Səh. 4.
- Orsər R. Yusif Abdurahmanov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 400-403. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |