Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Rasim Mustafayev: Redaktələr arasındakı fərq

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 85: Sətir 85:
* 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
* 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
* 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə döş nişanı ilə təltif edilib.
* 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə döş nişanı ilə təltif edilib.
*2011-ci ildə rəhbəri olduğu “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsi Rusiya Federasiyası “Qızıl Merkuri” Milli mükafatının (innovativ fəaliyyət sahəsində) laureatı olmuşdur.  
* 2011-ci ildə rəhbəri olduğu “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsi Rusiya Federasiyası “Qızıl Merkuri” Milli mükafatının (innovativ fəaliyyət sahəsində) laureatı olmuşdur.  


===Ədəbiyyat===
===Ədəbiyyat===

Səhifəsinin 12:20, 31 avqust 2024 tarixinə olan son versiyası

Rasim Mustafayev
Mustafayev Rasim Fərman oğlu
Rasim Mustafayev
Rasim Mustafayev, 2020-ci il.
Təvəllüdü 31 avqust 1950 (1950-08-31) (76 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Rusiya
Elm sahəsi kimya
Elmi adı kimya elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966–1971)

 • SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturası (1972–1974)
Övladları Nazim, Leyla və Elnarə
Atası Fərman Mustafayev
Anası Nuriyyə Mustafayeva (Abdullayeva)

Rasim Mustafayev — kimya elmləri namizədi, ixtiraçı alim, Novosibirsk şəhərində fəaliyyət göstərən “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin (Açıq Səhmdar Cəmiyyət) elmi rəhbəri və direktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

31 avqust 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini gümüş medalla bitirib.

1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1977 – 1998-ci illərdə Novosibirsk şəhərində – Kimya Texnologiyası Elmi-Tədqiqat İnstitutunda, əvvəl baş elmi işçi,

1980-cı ildən laboratoriya müdiri,

1985-ci ildən şöbə müdiri,

1991-ci ildən elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi məhsulların alınması və istehsalı ilə məşğul olan “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin elmi rəhbəri və direktoru vəzifəsində işləyir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1977-ci ildə “Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarının atom-absorbsiya üsulu ilə təyin olunması” adlı elmi mövzuda namizədlik dissertasiyası müdafiə edib.

72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-nə Almaniyada patent verilib.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Babası (atasının atası): Veysəl Mustafayev (1909–1971), 1940-cı illərdə Azərbaycan KP Samux rayon komitəsinin birinci katibi olub.

Atası: Fərman Mustafayev və anası: Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar, Şəki şəhər 19 nömrəli orta məktəbdə müəllim işləyiblər və hər ikisi vəfat edib.

Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna, hüquqşünasdır.

Övladları:

  • Mustafayev Nazim, tibb elmləri namizədi, damar cərrahı-fleboloqdur.
  • Mustafayeva Leyla, həkimdir.
  • Mustafayeva Elnarə, hüquqşünasdır.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
  • 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə döş nişanı ilə təltif edilib.
  • 2011-ci ildə rəhbəri olduğu “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsi Rusiya Federasiyası “Qızıl Merkuri” Milli mükafatının (innovativ fəaliyyət sahəsində) laureatı olmuşdur.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayev Rasim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 292-293. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş[HTML redaktə]