Nazim İbrahimov: Redaktələr arasındakı fərq

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Səhifəni 'Kateqoriya:N{{eyni ad-soyadlı|Nazim İbrahimov}} {{Dövlət xadimi | azərbaycan dilində adı = Nazim İbrahimov | adın orijinalı = Nazim Asab...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:N]]{{eyni ad-soyadlı|Nazim İbrahimov}}
[[Kateqoriya:N]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
{{Dövlət xadimi
{{Dövlət xadimi
| azərbaycan dilində adı      = Nazim İbrahimov
| azərbaycan dilində adı      = Nazim İbrahimov

15:29, 26 iyun 2020 versiyası

Nazim İbrahimov
Nazim İbrahimov
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
30 sentyabr 2004 — 21 aprel 2010
Sələfi Əşrəf Məmmədov
Xələfi Murad Cabbarlı
Şəxsi məlumatlar
Təvəllüdü 1 sentyabr 1951 (1951-09-01) (75 yaş)
Doğulduğu yer Şəki şəhəri

Nazim İbrahimov — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004-2010-cu illər).

Həyatı

Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakultəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.

1973-1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1974-1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır.

1976-2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır.

2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır.

Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır.

Ailəlidir. İki övladı var.

Xarici keçidlər