Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Tələt Mehdiyev: Redaktələr arasındakı fərq

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 4: Sətir 4:
  |Adı                  = Tələt Mehdiyev
  |Adı                  = Tələt Mehdiyev
  |Tam adı              = Mehdiyev Tələt Vahid oğlu
  |Tam adı              = Mehdiyev Tələt Vahid oğlu
  |Şəkil                = Tələt_Mehdiyev.jpg
  |Şəkil                = Tələt Mehdiyev.png
  |Şəklin ölçüsü        =  
  |Şəklin ölçüsü        =  
  |Şəklin izahı          = Tələt Mehdiyev.
  |Şəklin izahı          = Tələt Mehdiyev.

Səhifəsinin 21:02, 15 fevral 2024 tarixinə olan son versiyası

Tələt Mehdiyev
Mehdiyev Tələt Vahid oğlu
Tələt Mehdiyev
Tələt Mehdiyev.
Təvəllüdü 16 fevral 1963 (1963-02-16) (63 yaş)
Anadan olduğu yer Vartaşen rayonunun[qeyd 1] Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
İş yeri Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Şəki Rayon Mərkəzi (rəis)
Elmi dərəcəsi aqrar elmlər üzrə fəlsəfə doktoru
Təhsili

 • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, bitki mühafizəsi fakültəsi, alim-aqronom ixtisası (1981–1986)

 • Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, dissertantura (2007–2011)
Həyat yoldaşı Qızılgül Mehdiyeva
Övladları İbrahim və Asim
Atası Vahid Mehdiyev
Anası Şahnigar Mehdiyeva
Elmi rəhbəri kənd təsərrüfatı
Mükafatları "Tərəqqi" medalı — 2015
facebook səhifəsi

Tələt Mehdiyev — kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis, aqrar elmlər üzrə fəlsəfə doktoru, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

16 fevral 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Qoxmuq kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1980-cı ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsində,

2007 – 2011-ci illərdə Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun dissertanturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1980 – 1981-ci illərdə Şəki Kolxozlararası Tikinti Trestində ikinci dərəcəli fəhlə,

1986 – 2003-cü illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasında aparıcı aqronom,

2003 – 2018-ci illərdə Azərbaycan respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki rayon Bitki Mühafizə Mərkəzinin rəisi vəzifəsində çalışıb.

2018-ci ildən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisidir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

“Şəki – Zaqatala bölgəsinin payızlıq taxıl əkinlərində alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 40-dan artıq elmi əsərin müəllifidir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ↑ 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında : [arx. 29.10.2017] // E-qanun.az. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 07.02.2022.

Bildiriş[HTML redaktə]